İş Təsviri
Zəhmət – Ruzi MMC
İş yeri: ZƏHMƏT RUZİ MMC (SAB)
İş rejimi: Tam iş günü
Şöbə: Daxili Nəzarət Departamenti.
Əsas Vəzifələr:
1C proqramında mühasibat və ya anbar əməliyyatlarının icrası
Gündəlik satış, alış, anbar hərəkətləri və digər sənədlərin 1C sistemində qeydiyyatı
Malların qəbulu, silinməsi, qaytarılması və transfer sənədlərinin hazırlanması
Hesabatların (dövriyyə, qalıq, satış və s.) çıxarılması
Rəhbərliyin tapşırıqlarına uyğun 1C məlumatlarının formalaşdırılması
Digər bölmələrlə koordinasiyalı işləmək və məlumat axınını təmin etmək
Arxivləşdirmə və sənədlərin düzgün qeydiyyatını aparmaq
Tələblər:
1C proqramı ilə minimum 2 il iş təcrübəsi (8.2 və ya 8.3 versiyaları üzrə)
MS Excel bilikləri
Anbar, satış və ya mühasibat sahəsində biliklər (şirkətin fəaliyyət sahəsinə görə uyğunlaşdırıla bilər)
Diqqətli və məsuliyyətli olmaq
Analitik düşünmə və sürətli işləmə bacarığı
Komandada işləmək və vaxtında hesabat təqdim etmək vərdişləri
Ali və ya orta ixtisas təhsili (Maliyyə, İqtisadiyyat, və ya Mühasibatlıq üzrə üstünlükdür)
Təklif edirik:
İş saatları: 09:00-18:00
İş günləri: həftədə 5 gün
Nahar ilə təmin edilmə.
Mobil nömrə və danışıq limiti.
Rəqabətli əmək haqqı
İş yeri: Xırdalan şəhər, Həsən Əliyev 38.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “1 C Admini” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.