İş Təsviri
Positive Call Center
İş barədə məlumat
– İngilis dili bilən Müştəri Xidmətləri Təmsilçisi
(Turkish Airlines layihəsi üzrə)
Vəzifə öhdəlikləri:
– Daxil olan telefon zənglərini operativ şəkildə cavablandırmaq
– Müştəri suallarını nəzakətlə və dəqiq şəkildə cavablandırmaq
– Şirkətin təqdim etdiyi xidmətlər və tariflər barədə müştərilərə ətraflı və düzgün məlumat vermək
– Müştəri məmnuniyyətini əsas tutaraq şikayət, təklif və iradları dinləmək, müvafiq struktur bölmələrinə yönləndirmək
– İş qrafiki: Növbəli iş rejimində çalışma imkanının olması (səhər, günorta, axşam və gecə növbələri)
Təklif etdiyimiz şərtlər:
– Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə
– Şirkət tərəfindən servis xidməti təmin olunur
– Əmək haqqına əlavə olaraq mükafatlandırma sistemi mövcuddur
– Həftədə 1 gün istirahət
– İş qrafiki: həftənin 6 günü, gündəlik 8,5 saat
– Dinamik və peşəkar iş mühiti.
Namizədə tələblər
– Yaş həddi: 19–35 yaş
– Dil biliyi: İngilis dili üzrə minimum B2 səviyyəsində bilik (yaxşı səviyyədə anlama və danışıq qabiliyyəti)
– Ünsiyyət bacarıqları: İngilis dilində səlis, aydın və sərbəst nitq qabiliyyəti
– Texniki bacarıqlar: Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı.