İş Təsviri
AS Group
İş yeri: Bakı, Azərbaycan
AS QRUP İNVESTMENT – yerli və xarici bazarlarda güclü tərəfdaşlıqları, innovativ yanaşması və dayanıqlı inkişaf vizyonu ilə tanınan çoxşaxəli şirkətlər qrupudur. Qrupun ictimai nüfuzu və brend imici bizim üçün əsas strateji prioritetlərdəndir. Bu istiqamətdə komandamıza Xarici Kommunikasiya üzrə Menecer vəzifəsinə peşəkar komanda üzvü axtarırıq.
Əsas vəzifə və məsuliyyətlər:
Korporativ kommunikasiya strategiyasına uyğun fəaliyyətlərin icrası və mütəmadi monitorinqi
Media ilə əlaqələrin qurulması və idarə olunması (press-relizlər, müsahibələr, media brifinqləri və s.)
Şirkətin imicini gücləndirəcək məqalə, çıxış və digər kontentlərin hazırlanması və yayılması
Sosial media, vebsayt və LinkedIn kimi platformalarda brend mövqelənməsinin artırılması
Sponsorluq və tərəfdaşlıq layihələrinin kommunikasiya dəstəyi
Sərgilər, forumlar və ictimai tədbirlərin kommunikasiya baxımından təşkili və müşayiəti
Xarici kommunikasiya fəaliyyətləri üzrə hesabatların, göstəricilərin və media analizlərinin hazırlanması
Rəhbərlik və digər daxili funksional komandalarla koordinasiyalı iş
Namizədə dair tələblər:
Ali təhsil (Kommunikasiya, PR, Jurnalistika, Marketinq və ya müvafiq sahələr üzrə)
Xarici kommunikasiya və PR sahəsində minimum 3–5 il iş təcrübəsi
Media ilə iş bacarığı və əlaqələr şəbəkəsi
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Güclü kontent yazmaq və brend üslubuna uyğun dil istifadə etmək bacarığı
Böhran vəziyyətlərində kommunikasiya çevikliyi və stresə davamlılıq
Azərbaycan dili – mükəmməl; İngilis və/ya Rus dili – üstünlükdür
Rəqəmsal alətlər və sosial media platformaları ilə iş təcrübəsi
Analitik düşüncə və hesabatlılıq vərdişləri
Ə/h razılaşma yolu ilə olacaqdır.
Maraqlanan şəxslər CV-ni “Xarici Kommunikasiya üzrə Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.