İş Təsviri
OBA marketlər şəbəkəsi
Vəzifə öhdəlikləri:
Kompüter avadanlıqlarının quraşdırılması, diaqnostikası və təmiri işlərini icra etmək
Şəbəkə avadanlıqlarını (modem, switch, router və s.) idarə etmək və texniki nasazlıqları aradan qaldırmaq
Əməliyyat sistemlərini və proqram təminatlarını quraşdırmaq, konfiqurasiya və yeniləmələrini həyata keçirmək
Antivirus proqramlarının qurulması, konfiqurasiyası və optimallaşdırılmasını təmin etmək
Mağazalarda yerləşən printer, skaner, POS və digər kassa cihazlarına yerində və ya uzaqdan texniki xidmət göstərmək
DVR və NVR tipli kameraların sazlanması, quraşdırılması və texniki dəstəyini təmin etmək
İstifadəçilərə lokal və uzaqdan texniki dəstək göstərmək (Remote Desktop, AnyDesk, TeamViewer və s. vasitəsilə)
IT infrastrukturuna aid avadanlıqların düzgün yerləşdirilməsi və strukturlaşdırılmış kabelləmə işlərini həyata keçirmək
Namizədə dair tələblər:
Təhsil: Ali (İT sahəsində )
Təcrübə: Müvafiq sahədə minimum 1 il (Mütləq)
Retail sahəsində təcrübə üstünlükdür
Şəbəkə avadanlıqları (router, switch, modem və s.) üzrə ilkin biliklər və konfiqurasiya bacarığı
TCP/IP, DHCP, DNS və digər əsas şəbəkə protokolları üzrə anlayış
Remote işləmək bacarığı
Kollektivlə işləmək bacarığı, məsuliyyətli
Təminatlar:
Nahar
Servis Xidməti
Korporativ nömrə
İş haqqında məlumat:
İş saatları:09.00-18.00
İş Yeri: Azure Business Centre
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İT Texniki Dəstək Mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.