MEXANİKA MÜHƏNDİSİ

İyul 18, 2025
AZN1000 - AZN1400
Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

“Green Service LTD” MMC

İş barədə məlumat
– Texniki və layihə sənədlərinin hazırlanması
– Dizayn əsasında layihələrin icrasına nəzarət
– Tikinti sahəsində ilkin baxış və ölçü işlərinin aparılması
– Layihə başlamazdan əvvəl sifarişçi ilə texniki tələblərin müzakirəsi
– AutoCAD proqramında çizgilərin hazırlanması
– Təkliflərin texniki tapşırığa uyğunluğunun yoxlanılması
– Layihə hesabatlarının və iş həcmi cədvəllərinin (BOQ) hazırlanması
– Həftəlik layihə statuslarının rəhbərliyə təqdim olunması
– Tikinti-quraşdırma işlərinin normativlərə və layihə tələblərinə uyğunluğuna nəzarət
– HVAC sistemlərinin layihələndirilməsi – AzDTN və digər normativ sənədlərə uyğun
– Qaz və elektrik qazanlarının işləməsinə nəzarət və texniki xidmət
– Split sistemlər, VRV sistemlərə texniki xidmət
– AHU-lar, çillerlər, istilik nasosları, su motorlarının nəzarəti
– Hava təmizləyicilər və nəmləndirmə sistemlərinin nəzarəti
– Problemlərin vaxtında aşkarlanaraq daxili və ya üçüncü tərəflə həll olunması.

Namizədə tələblər
– Ali təhsil (Mexanika mühəndisliyi üzrə)
– Tikinti və mühəndislik sahəsində minimum 3 il iş təcrübəsi
– Layihə və texniki standartlarla işləmə bacarığı
– Analitik düşüncə və riyazi təhlil qabiliyyəti
– Sənədləşmə və texniki yazışmaları sərbəst şəkildə aparmaq bacarığı
– Planlama və vaxtın idarə olunması üzrə bacarıqlar
– Komanda ilə işləmək və sahə ilə effektiv koordinasiya qurmaq bacarığı

Proqram bilikləri:
– AutoCAD – Texniki çizgilərin hazırlanması
– MS Office (Excel, Word) – Hesabatların və sənədlərin hazırlanması
– HAP və ya Carrier E20-II – İstilik və soyutma yükü hesablamaları
– Duct Sizer və Pipe Sizer – Hava kanalı və boru ölçülərinin hesablanması
– BOQ və texniki hesabatlar (Excel) – Texniki hesabatların Excel vasitəsilə hazırlanması
– MS Project və ya bənzər proqramlar – Planlama proqramları üzrə biliklər (arzuolunandır).