Ən Yaxşı Motivasiya Məktubu Nümunələri
Motivasiya məktubu – işə qəbul prosesində CV ilə yanaşı təqdim olunan və sizin bu vəzifəyə niyə uyğun namizəd olduğunuzu izah edən vacib sənəddir. Uğurlu motivasiya məktubu sizi digər namizədlərdən fərqləndirə bilər və işəgötürənin diqqətini çəkə bilər. Hired.az olaraq sizə həm yazma qaydalarını, həm də nümunələr təqdim edirik.
Motivasiya Məktubu Necə Yazılmalıdır?
Motivasiya məktubu aşağıdakı struktura əsasən yazılmalıdır:
- Salamlaşma – Məktubu kimin oxuyacağını bilirsinizsə, adı ilə müraciət edin (məsələn, “Hörmətli Cavid bəy”).
- Giriş – Özünüzü tanıdın və bu məktubu hansı məqsədlə yazdığınızı qısa şəkildə izah edin.
- Əsas hissə – Təcrübəniz, bacarıqlarınız və bu vəzifəyə uyğunluğunuzu əsaslandırın.
- Nəticə – Müraciətinizə diqqət ayırdıqları üçün təşəkkür edin və əlaqə gözlədiyinizi bildirin.
- Əlaqə məlumatları və imza – Ad, telefon nömrəsi, e-mail və tarix.
Nümunə 1: Yeni məzun üçün motivasiya məktubu
Hörmətli HR Meneceri,
Mən Bakı Mühəndislik Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə bu il məzun olmuşam. Şirkətinizdə elan olunan “Junior Developer” vəzifəsi üçün müraciət etmək istəyirəm.
Universitet təhsilim boyunca müxtəlif proqramlaşdırma layihələrində iştirak etmişəm, komandada işləmək və problem həll etmə bacarıqlarımı inkişaf etdirmişəm. Sizin innovativ yanaşmanızı və texnologiyaya verdiyiniz önəmi nəzərə alaraq, bu vəzifənin mənim üçün əla başlanğıc olacağına inanıram.
Müraciətimə vaxt ayırdığınız üçün təşəkkür edirəm. Əlaqə saxlayacağınız günü səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Aytac Məmmədova
aytac@example.com
(050) 123 45 67
29 aprel 2025
Nümunə 2: Təcrübəli namizəd üçün motivasiya məktubu
Hörmətli Cavid bəy,
Maliyyə sahəsində 5 ildən artıq təcrübəm var və hal-hazırda “Hesabçı” vəzifəsi üçün elanınızı maraqla oxudum. Bu sahədə qazandığım bilik və bacarıqların Access Bank komandasında faydalı olacağına inanıram.
Əvvəlki iş yerimdə mühasibat uçotunun optimallaşdırılması, vergi hesabatlarının hazırlanması və komanda daxilində koordinasiyanın artırılması sahələrində uğurlarım olub. İşə olan məsuliyyətim və detallara verdiyim önəm ilə seçilirmişəm.
Sizə bu vəzifədə necə töhfə verə biləcəyimi ətraflı müzakirə etmək üçün müsahibə şansı əldə etməkdən məmnun olaram. Təşəkkür edirəm!
Hörmətlə,
Əli Quliyev
eliquliyev@example.com
(077) 987 65 43
29 aprel 2025
Nəticə
Yaxşı yazılmış motivasiya məktubu sizin ilk təəssüratınız ola bilər – bu təəssürat isə qalıcı ola bilər. Yuxarıdakı nümunələrdən istifadə edərək siz də öz təcrübə və bacarıqlarınıza uyğun motivasiya məktubu hazırlaya bilərsiniz. Hired.az sizə uğurlu karyera yolunda dəstək olmağa davam edir!