1C Proqramçı

İyun 16, 2025
Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Prime Light

İşin təsviri:

Şirkətin biznes proseslərini ERP sistemində dəstəkləmək, avtomatlaşdırmaq və optimallaşdırmaq məqsədilə 1C:Enterprise platformasında proqram təminatlarının hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəklə təmin olunması.

Vəzifə öhdəlikləri:

1C 8.3 platformasında yeni funksional həllərin hazırlanması və mövcud həllərin təkmilləşdirilməsi
Mövcud konfiqurasiyaların (1C: Mühasibat Uçotu, 1C: Ticarət və Anbar və s.) adaptasiyası və optimizasiyası
Yeni hesabat formalarının və sənəd şablonlarının yaradılması
İnteqrasiya layihələrində iştirak — 1C-in digər proqram təminatları və servislərlə inteqrasiyasının təmin olunması
Sistem istifadəçilərindən gələn sorğuların və texniki tapşırıqların yerinə yetirilməsi
Texniki sənədlərin hazırlanması (istifadəçi təlimatları, texniki təsvirlər və s.)
İstifadəçilərə texniki dəstək və zəruri hallarda qısamüddətli təlimlərin keçirilməsi
Sistem səhvlərinin aşkarlanması və aradan qaldırılması, proqram təminatının stabilliyinin təmin edilməsi
Tələblər:

Ali təhsil (informasiya texnologiyaları, proqram mühəndisliyi, tətbiqi riyaziyyat və s.)
1C:Enterprise 8.3 proqramlaşdırma və konfiqurasiya üzrə minimum 2-3 il təcrübə
ERP və mühasibat uçotu sistemləri ilə iş təcrübəsi
Analitik və sistemli düşüncə tərzi, yüksək məsuliyyətlilik və təşəbbüskarlıq
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı