İş Təsviri
Yapi Kredi Bank
Departament: Məhsulun İnkişafı və İdarəedilməsi departamenti
Namizədə tələblər:
Ali təhsil – bakalavr və magistr tələbələri;
Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində biliklər;
Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;
MS Office (MS Word, MS PowerPoint, MS Excel) proqramları üzrə biliklər, excel yaxşı səviyyədə mütləqdir
Rəqəmsal məhsulun və xidmətin inkişafında düzgün prioritetlərin təyin edilməsi bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Yüksək səviyyədə təqdimat bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və operativlik;
Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
İş barədə:
Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması;
Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;
İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi;
Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyi işinin təşkil edilməsi;
Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.