İş Təsviri
İcbari Sığorta Bürosu
İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:
Web platformaların hazırlanması və inkişaf etdirilməsi;
Backend və frontend üzrə işlərin əlaqələndirilməsi və tətbiqi;
Laravel çərçivəsində fərqli istiqamətlər üzrə (Events, Queues, Broadcasting və s.) layihələrin idarə olunması və işlənməsi;
REST və SOAP web servislərlə inteqrasiyanın həyata keçirilməsi;
Proqram təminatında qarşıya çıxan texniki çətinliklərin təhlili və həlli;
Verilənlər bazası modellərinin qurulması və sorğuların optimallaşdırılması;
Sistemlərin performansını artırmaq məqsədi ilə Cache (Redis) texnologiyasından istifadə edilməsi;
Mesajlaşma sistemləri (ActiveMq və ya RabbitMq) üzərindən məlumat axınının idarə olunması;
Mövcud sistemlərə texniki dəstəyin göstərilməsi və yenilənmələrin tətbiqi;
Frontend hissədə HTML, JavaScript və CSS framework-ləri ilə işləmək (Tailwind CSS və ya Bootstrap);
Vite və Webpack kimi frontend yığıcı alətlərdən istifadə edilməsi;
Mikroservis arxitekturası və API Gateway həlləri ilə işləməyə bələdlik;
Git versiya nəzarət sistemi ilə komanda mühitində işləmək bacarığı;
İstər frontend, istərsə də backend tərəfdə arxitektura səviyyəsində qərarlar verə bilmək və bu qərarların həyata keçirilməsinə nəzarət etmək;
Çevik metodologiyaların tətbiqi (Agile, Scrum);
Kodun keyfiyyətinə nəzarət və texniki sənədlərin hazırlanması.
Namizədə dair tələblər:
Təhsil və Təcrübə:
Ali təhsil (kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqədar sahələr);
Fullstack developer kimi minimum 3 il iş təcrübəsi;
Laravel çərçivəsində ən azı 3 fərqli istiqamət üzrə real (production) layihə təcrübəsi.
Texniki Bacarıqlar:
PHP və Laravel çərçivəsində yüksək səviyyədə proqramlaşdırma bilikləri;
JavaScript üzrə yaxşı səviyyədə bilik və praktiki təcrübə;
Vue.Js 2 üzrə təcürbə. (Faktiki istifadə olunan sistemlərdə Vue.Js 2 ilə yazılan layihələrin dəstəklənməsi, zamanla React vəya Vue.JS 3-ə keçid)
HTML və CSS framework-ləri (Tailwind CSS və ya Bootstrap) ilə iş təcrübəsi;
Frontend build alətləri (Vite, Webpack) ilə tanışlıq;
Verilənlər bazası sistemləri ilə iş təcrübəsi (MySQL, PostgreSQL);
Cache texnologiyası – Redis ilə iş təcrübəsi;
ActiveMq və ya RabbitMq üzərində mesajlaşma sistemləri ilə işləmə bacarığı;
REST və SOAP interfeysləri ilə sistem inteqrasiyası təcrübəsi;
Mikroservis arxitekturası və API Gateway həlləri üzrə bilik və təcrübə;
Git vasitəsilə versiya nəzarəti və komanda ilə işləmə bacarığı;
SOLID prinsipləri, Clean Architecture və baxımlı kod yazmaq üçün qabaqcıl praktikalar üzrə güclü anlayış;
Frontend və backend hissələr üzrə arxitektura qərarlarının verilməsi və onların tətbiqinə rəhbərlik bacarığı.
Linux əməliyyat sistemləri üzrə proqramçı səviyyəsində biliklər. (Apache , Nginx configurasiyaları üzrə anlayışlı olmaq, layihənin linux əməliyyat sistemində qaldırılması üzrə biliklər nəzərdə tutulur)
Dil bilikləri:
Azərbaycan dili – əla
İngilis dili – yaxşı
Rus dili – arzu olunandır.
Yumşaq bacarıqlar:
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Diqqətlilik və məsuliyyətlilik;
Tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı.
Namizədlər mövzu hissəsində “Aparıcı frontend proqramçı ” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.