Aparıcı mütəxəssis

Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Maliyyə monitorinqi departamentinin 1-ci Monitorinq şöbəsi

Funksiyalar

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TM/KMM) üzrə qanunvericiliyə uyğunluğun, habelə məcburi göstərişlərin və öhdəlik götürülən tədbirlərin icrası vəziyyətinin yoxlanılması məqsədilə maliyyə institutlarında yoxlamalar və/və ya digər nəzarət tədbirlərini həyata keçirir, müəyyən edilmiş hallar ilə əlaqədar müzakirələr təşkil edir, hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir;
Aparılmış yoxlama və/və ya digər nəzarət tədbirlərinin nəticələri əsasında maliyyə institutları tərəfindən ƏL/TM/KMM üzrə qanunvericiliyə riayət olunması vəziyyətini, habelə riskləri qiymətləndirir, maliyyə institutlarının ƏL/TM/KMM risk profilini müəyyən edir və ya yeniləyir, aşkar edilən pozuntuların aradan qaldırılmasına dair göstərişlər və risklərin azalmasına istiqamətlənən tədbirlərlə bağlı təkliflər verir;
Maliyyə institutlarının ƏL/TM/KMM sahəsində institusional risk qiymətləndirməsi və daxili nəzarətin nəticələrini, eləcə də audit rəyi və kənar audit hesabatlarını təhlil edir, zəruri hallarda təhlil nəticələrini maliyyə institutlarının və audit şirkətlərinin nümayəndələri ilə müzakirə edir;
Fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlarda ƏL/TM/KM şübhələrini və ya belə şübhələr üçün kifayət qədər əsaslar yaradan halları müəyyən edir, araşdırır, təhlil edir və bu barədə müvafiq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
Fəaliyyəti çərçivəsində aşkar olunan pozuntularla əlaqədar maliyyə institutlarına və onların vəzifəli şəxslərinə qarşı təsir, təshih tədbirləri və sanksiyaların tətbiqinə dair təklif verir;
Səlahiyyətlərinə aid məsələlərlə bağlı Şöbəyə daxil olan müraciətlərə baxır, zəruri hallarda müraciətdə qeyd olunan məsələlərlə bağlı araşdırmaları aparır, sorğu və məktublara cavablar hazırlayır;
Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları (sənədləri) alır, zəruri məlumatların (sənədlərin) əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır;
Şöbənin fəaliyyət istiqamətləri üzrə Mərkəzi Bankın aldığı texniki yardım layihələrində iştirak edir;
Müvafiq qanunvericilikdə nəzərdə tutulmuş, habelə rəhbərliyin tapşırığına uyğun olaraq departamentin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir;
ƏL/TM/KMM sahəsində keçirilən konfranslarda, seminarlarda, forumlarda, treninqlərdə və digər tədbirlərdə iştirak edir.
Əsas kompetensiyalar

Dürüstlük, obyektivlik
İdarəetmə
Detallara diqqət etmə
Qərar qəbuletmə
Təşəbbüskarlıq
Sahə üzrə müasir trendləri mütəmadi izləmə
Tənqidi düşünmə, araşdırma və təhlil etmə
Texniki kompetensiyalar

ƏL/TM/KMM sahəsində qanunvericilik bilikləri
Maliyyə sahəsində (bank, sığorta, qiymətli kağızlar, BOKT, valyuta mübadiləsi və s.) qanunvericilik bilikləri
Risklərin qiymətləndirilməsi üzrə biliklər
Təqdimat və yazı bacarıqları
Təcrübə

Maliyyə bazarları sahəsində ƏL/TMM, komplayens, maliyyə, audit, risklərin idarə edilməsi və daxili nəzarət istiqamətləri üzrə 3 il iş təcrübəsi
Təhsil

Ali təhsil (iqtisadiyyat/maliyyə/ /biznesin idarəedilməsi)
Dil bacarığı

Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır
Kompüter bacarıqları

MS Office proqramları (xüsusilə MS Excel)
İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) ilə işləmə bacarığı olanlara üstünlük verilir
Sertifikatlar – CAMS sertifikasiyası zəruridir

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.