Audit Assistant

May 20, 2025
Müraciət sonu: İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

TABİA Group

Şöbə: Daxili audit

Ünvan: Neftçilər prospekti 153, PBT

Əmək funksiyası:

Daxili nəzarəti qiymətləndirmək, peşəkar audit üsullarını tətbiq etmək, audit yoxlama sənədlərini hazırlamaq və uyğun olaraq nəticələri sənədləşdirmək;
Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək;
Hesabatları, görülən işləri və sənədləri yoxlamaq və müəyyən edilmiş daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək;
Rəhbərliyə audit yoxlama nəticələri və tövsiyələr ilə bağlı müvafiq məlumatların təqdim edilməsində digər təcrübəli auditorlara köməklik göstərmək;
Departament daxilində digər təcrübəli auditorlara gündəlik əməliyyatların effektiv şəkildə həyata keçirilməsində köməklik göstərmək;
Audit sorğularını həyata keçirməklə daxili nəzarət sistemlərinin adekvatlığını qiymətləndirmək;
Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:

Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
Audit və ya maliyyə/ mühasibatlıq sahəsində müvafiq iş təcrübəsi arzuolunandır;
Yerli və beynəlxalq mühasibat uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili – işgüzar səviyyədə bilmək arzuolunandır.