Avadanlıq operatoru (axşam növbəsi)

İyun 16, 2025
AZN900 - AZN1000
Müraciət sonu: İyul 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Azprotein Foods Group

Namizədə Tələblər:

Yaş həddi: 25 – 45 yaş
Ət və ət məhsullarının istehsalı üzrə avadanlıqlarda 3 – 5 il təcrübəsinin olması,
Qida istehsalı sahəsi üzrə avadanlıqlarla işləmək bacarığı, avadanlıqlar barəsində nəzəri və praktiki biliklərin olması,
İngilis dili biliyi arzuolunandır,
Ofis proqramları orta səviyyədə.
Vəzifə öhdəlikləri:

Texnoloji avadanlıqların işə salınması və istehsala başlamaq üçün sınaqdan keçirilməsi,
İstehsal olunacaq məhsullar üçün ətin, əlavə komponentlərin vaxtında planlaşdırılması və şöbəyə qəbulu,
Xammalın müvafiq anbardan emal üçün götürülməsi,
Qiymənin ət komponentlərinin reseptə uyğun miqdarının seçilməsi və qiymə mikserinə yüklənməsi,
Xammalın mikserlə üyüdülməsi prosesinin icra edilməsi,
Ət qarışdırıcıda və yaxud kutter avadanlığında emal etməklə qiymənin hazırlanması,
Qarışdırma prosesinin ardıcıllığına riayət edilməsi,
Qiymədə komponentlərin vahid paylanmasına və texnoloji təlimatın tələblərinə uyğun olaraq emal ardıcıllığına riayət olunması,
Hazır qiymənin ət qarışdırıcıdan və ya kutter avadanlığından boşaldılması və sonrakı emal üçün verilməsi,
Hazır qiymənin növbəti istehsal mərhələsinə ötürülməsi,
İstifadə edilən avadanlıqların qaydaya uyğun açılması, təmizlənməsi və lazım gəldikdə yuyulması, avadanlıqların saz vəziyyətdə saxlanılması üzrə işlərin icrası,
Avadanlıqlarla bağlı günlük müvafiq qeydiyyatların aparılması.
İş şəraiti:

Əmək haqqı: 900 – 1000 manat (təcrübəyə əsasən təyin olunacaq).
İş qrafiki: 6 günlük.
Axşam növbəsi üçün nəzərdə tutulur, iş saat 16:00-da başlayır.
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.