Avtomatika üzrə kiçik mütəxəssis

Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

Azersun Holding

Müəssisə: QIDA -AGRO MMC

Tələblər:

Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
Məntiqi və analitik düşünmə tərzi olmalı;
Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
Komandada işləmə bacarığı;
PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri:

Bütün bölmələrlə iş əlaqəsi saxlamaq.
Təhlükəsiz iş şəraiti yaratmaq və buna əmin olduqdan sonra işə başlamaq.
Növbəyə başlamazdan əvvəl avtomatika cihaz və avadanlıqlarının vəziyyəti ilə tanış olmaq.
Verilmiş iş və tapşırıqları vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə yerinə yetirmək.
Əmanət olunmuş avadanlıq, ehtiyat hissələri və alətlərdən düzgün və səmərəli istifadə etmək.
İş zamanı fərdi mühafizə vasitələrindən istifadə etmək və təhlükəsizlik qaydalarına əməl etmək.
Görülmüş işlər barədə rəhbərliyə vaxtında məlumat vermək.
İntizam qaydalarına və şirkətin prosedur qaydalarına əməl etmək.
Tez-tez təkrarlanan problemlərin araşdırılmasında iştirak etmək.
Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək.
Əmək funksiyasını icra edərkən özünü və digər işçiləri təhlükəyə məruz qoymamaq, şəxsi icazə olmadan təhlükəli sahələrdə işləməmək.
Xüsusi geyim və ayaqqabıda işləmək, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə etmək.
Əməyin mühafizəsi qaydalarının pozuntuları, qəzalar və bədbəxt hadisələr barədə dərhal rəhbərliyə məlumat vermək.
İş prosesi və məhsul istehsalı zamanı baş verə biləcək qida təhlükəsizliyi risklərini nəzərə almaq və onların qarşısını almaq.
İş vaxtı:

Növbəli iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:

İmişli rayonu
Qida-Agro MMC