İş Təsviri
Azersun Holding
Müəssisə: AZ KAĞIZ VƏ KARTON MMC
Tələblər:
Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
Microsoft Office (MS Excel,Word Power Point )- Yaxşı;
Məntiqi və analitik düşünmə tərzi olmalı;
Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
Komandada işləmə bacarığı;
PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri:
Sərbəst şəkildə elektrik və avtomatikaya aid sxemlərin oxunmasını bilməli;
Elektronika və elektronik təmirlərlə bağlı bilgili olmalı;
Sistemlərin idarəetmə dövrələrində yaranmış problemləri araşdıraraq aradan qaldırması;
Ölçü cihazlarında yaranmış problemləri araşdıraraq aradan qaldırılması;
Avtomatika sahəsinə aid cihaz və avadanlıqlara periodik olaraq texniki baxış keçirməli və müvafiq qeydiyyatlar aparmalı;
Pnevmatik sistemlərin idarəetmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri araşdıraraq aradan qaldirmalı;
İdarəetmə sistemlərdə çixan və çixa biləcək uyğunsuzluqlarda düzəldici və önləyici fəaliyyətlər həyata keçirməyi bilməli;
Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil edilməsi və həlli yönündə qərar verilməsi;
Avtomatika sahəsinə aid SAP iş əmirlərinin açılmasını və qapadılmasını həyata keçirməli;
Adminstrator səviyyəsi istisna olmaqla, orta səviyyəli proqram təminatına müdaxilə edilməsi;
SCADA, DCS, PLC sistemlərinə təmas edilməsi və onların alqoritmik quruluşunun təhlil edilməsi;
İstehsalatın davamiyyətini təmin etməli və alternativ variantları təklif etməyi bacarmalı.
İş vaxtı:
Növbəli iş rejimi;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
Xırdalan şəhəri
Azərbaycan Kağız və Karton İstehsal kombinatı