Avtomatlaşdırma üzrə mütəxəssis (Jira admin)

İyun 13, 2025
Vaxtı bitib.

İş Təsviri

İcbari Sığorta Bürosu

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

Jira və Confluence platformalarının gündəlik idarə edilməsi və dəstəklənməsi;
Jira layihələrinin, board-ların, workflow-ların, ekranların, sahələrin (fields), permission scheme-lərin və digər konfiqurasiya parametrlərinin yaradılması və optimallaşdırılması;
İş axınlarının (workflow), avtomatlaşdırma qaydalarının (automation rules) və trigerlərin tərtib olunması;
Qlobal və layihəyəxas parametrlərin effektiv idarə edilməsi və uyğunlaşdırılması;
İstifadəçi rollarının, icazələrin və qrupların düzgün şəkildə idarə edilməsi və monitorinqi;
Komandaların və istifadəçilərin Jira və Confluence üzrə maarifləndirilməsi və dəstəklənməsi;
Plugin-lərin və əlavə modulların quraşdırılması və idarə olunması (xüsusilə ScriptRunner, Xray, Zephyr və s.);
Sistem inteqrasiyaları (API vasitəsilə digər sistemlərlə əlaqə) və texniki dəstək fəaliyyətləri;
Qeydiyyatların və konfiqurasiya dəyişikliklərinin sənədləşdirilməsi və hesabatların hazırlanması;
Texniki nasazlıqlar və istifadəçi problemləri üzrə araşdırmaların aparılması və operativ həllərin təqdim edilməsi;
İT komandaları və biznes strukturları ilə sıx əməkdaşlıq edərək, sistemin ehtiyaclara uyğun optimallaşdırılması.
Namizədə dair tələblər:

Təhsil və Təcrübə:

Ali təhsil;
Jira Administratoru vəzifəsində ən azı 2-3 il iş təcrübəsi;
Confluence və digər Atlassian məhsulları üzrə praktiki bilik və təcrübə.
Texniki Bacarıqlar:

Jira Workflow dizaynı, automation, permission və notification scheme-lər üzrə dərin bilik;
ScriptRunner, Xray, Zephyr kimi plugin-lərlə iş təcrübəsi;
Jira REST API ilə işləmək bacarığı və texniki inteqrasiyalar üzrə biliklər;
SQL, JSON, və s. texnologiyalara dair baza biliklər;
ITSM (Service Management) və Agile/Scrum mühitində təcrübə.
Dil bilikləri:

Azərbaycan dili – əla
İngilis dili – yaxşı
Rus dili – arzu olunandır.
Yumşaq bacarıqlar:

Analitik düşüncə və texniki problemləri həll etmə bacarığı;
Təşkilatçılıq və sənədləşdirmə vərdişləri;
Komanda ilə işləmək və yüksək ünsiyyət bacarığı;
Məsuliyyətlilik və detallara diqqət.