AVTOPOMPA OPERATORU

May 21, 2025
AZN1200 - AZN1600
Vaxtı bitib.

İş Təsviri

SPARK MMC

İş barədə məlumat
Avtopompa operatoru

1. Müxtəlif təyinatlı obyektlərin, strukturların tikintisi üzrə beton qarışığının verilməsi zamanı avtopompa maşınının idarə edilməsi;
2. Müəssisənin təqdim etdiyi sifarişlərə əsasən, beton məmulatının verilən ünvanda avtopompa ilə vurulması və işin sonunda avtopompanın lazımi hissələrinin təmizlənməsi.
3. Avtopompanın təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
4. Avtopompanın gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
5. Avtopompanın cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
İstifadə etdiyi Avtopompanın təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
İstifadə etdiyi Avtopompanın istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
6. Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;

Namizədə tələblər
Namizədə tələblər:
• Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi
• Cins: Kişi

İş yeri: Bakı şəh., Binəqədi rayonu Əhməd Rəcəbli 276
İmtiyazlar: Şirkət tərəfindən nahar pulu
İş qrafiki: Daxili qrafik 6 günlük (həftədə 1 gün istirahət)
Əmək haqqı: 1200-1600 azn (net)

Tələblərə cavab verən namizədlər
zəng və ya whatsapp üzərindən müraciət edə bilərlər.(1-5-ci günlər / 09:00 dan 18:00 dək).