İş Təsviri
International Bank of Azerbaijan
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
peşəkar kollektivdə çalışmağın üstünlüyü;
yüksək komanda ruhunda əməkdaşlıq;
karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
Biznes proseslərin manual testini avtomatlaşdırmaq;
Servis testlərini icra etmək;
Manual testləri icra etmək;
Test keysləri hazırlamaq və test planı icra etmək;
Test avtomatlaşdırılan proseslərin monitorinqini həyata keçirmək;
Servis testlərini avtomatlaşdırmaq.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Minimum bir il iş təcrübəsinə;
Bank prosesləri barədə bilik və təcrübəyə (arzuolunandır);
Java proqramlaşdırma dili üzrə təcrübəyə;
Oracle, MySql, PostgreSQL üzrə təcrübəyə;
QA(Manual – Avtomatlaşdırılma) Test sahəsi üzrə biliklərə;
CI/CD üzrə biliklərə;
BPM / Ibus üzrə biliklərə (üstünlükdür).
Postman ve SOAPUI bilən və təcrübəyə;
SDLC, STLC üzrə biliklərə,
Versiya Nəzarət Sistemi üzrə biliklərə,
Agile metodologiyaları üzrə biliklərə,
Selenium ve Appium bilən və təcrübəyə sahib olan.