İş Təsviri
PJA MMC
İş barədə məlumat
– Sürətli tempdə işləməyi sevən, kofe mədəniyyəti ilə maraqlanan, müştərilərə yüksək səviyyəli xidmət göstərməyi hədəfləyən peşəkarları gözləyirik.
Əsas vəzifələr:
– Espresso-bar iş yerinin tam hazırlığı və təmizliyi (gün ərzində və gün sonu);
– Müştərilərin sifarişlərinin qəbulu, kofe və digər içkilərin hazırlanması və təqdim edilməsi;
– Müştəriləri içkilərin çeşidi, xüsusiyyətləri və reseptləri ilə tanış etmək, məsləhət vermək;
– Keyfiyyətsiz içkilərin vaxtında aşkarlanması və dəyişdirilməsi;
– Lazımi mal-materialların (xammal, yarımfabrikatlar, məhsullar) vaxtında sifarişi və qəbulu;
– İş avadanlıqlarının (kofe maşını, dəyirman və s.), inventar və qabların nümunəvi vəziyyətdə saxlanılması;
– Bar piştaxtasının, vitrinin və iş yerinin daim təmiz və səliqəli olmasının təmin edilməsi;
– Müəyyən edilmiş sanitariya normalarına (firma geyimi, sanitar kitabçası, tibbi baxış) ciddi riayət;Rəsmi işə qəbul (Əmək Məcəlləsinə uyğun);
– Əmək haqqı: 500-600 azn
Professional inkişaf imkanları;
– Gənc və dost kollektiv
– İş öyrədilir.
Namizədə tələblər
– Barista vəzifəsində ən azı 6 ay iş təcrübəsi;
– Xüsusi barista hazırlığı keçmiş olmaq;
– Kofe çeşidləri, hazırlama texnologiyaları, içkilərin verilmə temperaturu haqqında bilik;
– İş yerində istifadə olunan avadanlıq, inventar və ləvazimatlara bələdlik;
– Yüksək səviyyəli müştəri xidməti bacarığı, nəzakət, dözümlülük;
– Firma geyimi və görünüş standartlarına riayət;
Sanitar normalar və daxili əmək qaydaları barədə məlumatlılıq;
– Komanda işinə yiyələnmə və məsuliyyət hissi;
– Sürətli tempdə və stress altında işləmək bacarığı.