İş Təsviri
Business Service Centre LTD
Əmək haqqı 2500-3000 AZN
Vəzifə öhdəlikləri
Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
Vergi və digər dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatların hazırlayır və təqdim edir.
Tələblər:
İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;
MS Office – Excel, 1C proqramları bacarığı;
Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti,
Peşəkar mühasib sertifikatının olması üstünlükdür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Baş mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Əlaqə nömrəsi: 070 493 32 03