İş Təsviri
FinexKredit BOKT
Namizədə dair tələblər
Ali təhsil (iqtisadi, maliyyə, kredit sahəsi üzrə) iqtisadiyyat sahəsində və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması;
Azərbaycan Respublikasının Mərkəzi Bankının qayda, prosedur və təlimatlarını bilmək
Qızıldan anlayışı olmaq
Lombard, biznes, istehlak və s. kredit məhsulları üzrə satış təcrübəsi olmaq,
təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək
Yaş: 25-50
Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə)
Komanda ilə işləmək bacarığı
İnandırmaq və razı salmaq qabiliyyəti yüksək olmaq
Sosial şəbəkə üzərində və e-mail platformalarda yazışmaq qaydalarını bilmək və icra etmək bacarığı
Stressə davamlı və öyrənməyə maraqlı,
Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
Diqqətli, Dürüst və Operativ olması
Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
Kredit portfelini idarə etmək, müştəri cəlb etmək
MKR (Mərkəzləşdirilmiş Kredit Reyestri) – AKB (Azərbaycan Kredit Bürosu) ilə işləmək bacarığı olması
Hesabatları vaxtlı vaxtında hazırlayıb təqdim etmək (Mərkəzi Bank və.s qurumlara)
BOKT-nin strategiyası və onun tərkib hissəsi olan: əməliyyat planının, maliyyə planlaşması, biznes siyasəti, maliyyə hədəflərinin, marketinq planının işlənib hazırlanmasında iştirak etmək;
BOKT-nin kredit siyasətinin formalaşmasında və nəzarətində aparıcı funksiya daşımaq;
Müştərilərin mövcud portfelinin monitorinqini aparmaq, maliyyə vəziyyətini təhlil etmək;
Kredit portfelinin işlək vəziyyətdə saxlamaq , riskləri idarə etmək, kredit təminatlarının adekvatlığının təmin olunması üçün əməli tədbirlər görmək;
Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və kredit müqaviləsi üzrə ödənişləri gecikdirən problemli müştərilərlə iş aparmaq, o cümlədən, bu cür müştərilərlə ünsiyyət qurmaq;
Problemli müştərilərlə problemin həlli yolları barədə danışıqlar aparmaq, danışıqlar nəticə vermədikdə qanunvericilikdə nəzərdə tutulmuş digər uyğun hüquqi və müdafiə vasitələri barədə rəhbərliyə təkliflər vermək;
BOKT-nin İdarəetmə orqanlarının qərarlarını,Rəhbərliyin əmr və sərəncamlarını icra etmək;
Qüvvədə olan qanunvericiliyin və daxili prosedur qaydaların tələblərinə riayət etmək;
Fəaliyyəti ilə bağlı olaraq müntəzəm olaraq Rəhbərliyə hesabatlar vermək
Kredit departamentinin fəaliyyətini təşkil etmək və idarə etmək, hesabat və təkliflər hazırlamaq;
Kreditin verilməsi planını hazırlamaq, rəhbəri ilə razılaşdırmaq və həyata keçirmək
Kredit portfelinin inkişafı və ödəniş qabiliyyətli yeni müştərilərin cəlb olunması üçün müvafiq tədbirlər görmək;
Yeni kredit məhsullarının yaradılmasında aktiv iştirak etmək;
Ona təhkim olunan əmək funksiyalarını peşəkarlıqla və keyfiyyətlə icra etmək.
Tabeçiliyində olan əməkdaşların işini güdəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
Departament işçilərinin vəzifələrini müəyyən etmək və onların işinə nəzarət etmək;
İşçiləri qiymətləndirmək və motivasiya etmək;
Departamentin fəaliyyətinin Əsasnaməyə uyğun olaraq icrasını təmin etmək;
BOKT-nin müştərilərinə yüksək xidmət göstərilməsini təmin etmək;
Bazar konyukturasına uyğun yeni məhsulların yaradılmasına dair Rəhbərliyə təkliflər vermək;
Bu sahədə bazar araşdırılmasını həyata keçirmək , o cümlədən rəqib BOKT-lərin kredit şərtlərini araşdırmaq;
Departament üzrə hədəflərin yerinə yetirilməsini təmin etmək
Tabeçiliyində olan əməkdaşların qiymətləndirilməsini həyata keçirmək, onların bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək (“workshop”ları, təlimləri və müvafiq görüşləri təşkil etmək, ehtiyac olduqda təlimlər keçmək və s.);
Yeni satış / kredit mütəxəssislərin banka cəlb olunarkən, onların seçilməsi prosesində iştirak etmək;
Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də BOKT-nin daxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək.
Əmək haqqı
1500 AZN + bonus.