Baş Plan Layihəçi Memar

İyul 18, 2025
Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

North West Construction

Position Responsibilities / Vəzifə Öhdəlikləri

Layihələrin ilkin konsepsiyadan Layihə təqdimatlarının, Konsepsiya, İşçisinin və Tikinti cizgilərinin hazırlama bacarığı. Müəllif nəzarətində və layihənin icra mərhələsində aktiv iştirak təcrübəsi
Müxtəlif funksiyalı layihələrin layihələndirməsi. Baş plan, iri miqyaslı yaşayış və ictimai təyinatlı bina kopleksləri üzrə tikinti layihələrində iştirak təcrübəsi
Topoqrafik, demoqrafik və nəqliyyat analizlərini oxuma və layihəyə tətbiq etmə bacarığı
Layihənin urbanistik yanaşma baxımından bütövlüyünü qorumaq məqsədilə digər bölmələr ilə effektiv koordinasiya
Memarlıq, Konstruksiya, Nəqliyyat, landşaft və infrastruktur üzrə bölmələr ilə sıx əməkdaşlıq
Tikinti Norma və Qaydaları (TNQ), Dövlət standartları (AZS) və Şəhərsalma-Tikinti Məcəlləsi üzrə məlumatlılıq və diqqətlilik
Tikinti materiallara, texnologiya və quraşdırmalara dair bilik
BOQ və Texniki Spesifikasiyaların tərtibi
Çap və təqdimatdan öncə məlumatların uyğunluğunu yoxlamaq və təmin etmək
Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı vacibdir
Position Requirements / Tələblər

Memarlıq və ya Şəhərsalma ixtisası üzrə ali təhsil
Urbanistika və Şəhərsalma sahəsində ixtisasartırma və ya sertifikatlar üstünlüklü
Baş plan, şəhərsalma və ya irimiqyaslı kompleks layihələr üzrə iş təcrübəsi – minimum 6-7 il
Urban planlama konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi üzrə təcrübə.
Revit, AutoCAD, Sketchup və GIS proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Qrafika uyğun işləmək və təyin olunmuş dealine-lara riayyət etmək
Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstəmək bacarığı
Stressa davamlılıq və Yüksək Məsuliyyət hissi
Yaradıcı düşüncə, detallara diqqət və təşəbüskarlıq
Remarks / Qeydlər:

Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq
Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət edərək səmərəli və keyfiyyətli iş icrası
Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Baş Plan Layihəçi Memar” qeyd etməyiniz vacibdir.