BAYTAR HƏKİM

İyul 8, 2025
Vaxtı bitib.

İş Təsviri

Baytarlıq apteki

İş barədə məlumat
Yeni açılacaq baytarlıq aptekimizə təhsilli, səliqəli və satış yönümlü Baytar Həkim tələb olunur.
– İş əsasən aptekdə dərman satışını, səliqə və nizamı qorumağı, müştərilərlə etik və düzgün ünsiyyəti əhatə edir.
– İş yeri: Salyan rayonu
– İş vaxtı: Tam iş günü – saatlar razılaşdırılacaq
– Əmək haqqı: Müsahibə əsasında – bazar dəyərinə uyğun və artan + satış bonusları

İşin mahiyyəti:
– Baytarlıq dərman və məhsullarının aptekdə satışı
– Müştərilərə dərmanlar haqqında məlumat və düzgün yönləndirmə
– Aptekdə səliqə, düzülüş və nizamın təmin olunması
– Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.
– Qeyd: Mal qəbulu və anbar nizamı rəhbərlik tərəfindən icra olunacaq. İşçinin vəzifəsi yalnız aptekdə gündəlik satış, məsləhət və məhsul nizam-intizamına nəzarətdən ibarət olacaq.

Namizədə tələblər
– Baytarlıq ixtisası üzrə təhsil
– Baytarlıq dərmanlarının tərkibini və istifadə qaydasını bilməli
– Satış bacarığı və ünsiyyət qabiliyyəti yüksək olmalı
– Satış üzrə təcrübəli və təhsilli namizəd
– Səliqəli, təmizkar və diqqətli olmalı
– Məsuliyyətli və dürüst yanaşma
– Müştərilərlə etik davranış və xidmət mədəniyyəti
– Əvvəlki aptek və ya satış təcrübəsi üstünlükdür.

Müraciət üçün:
Elanla maraqlanan namizədlər CV-lərini və ya özləri haqqında qısa məlumatı elan üzrə göstərilən e-mail ünvanına və ya WhatsApp nömrəsinə göndərə bilərlər