İş Təsviri
Pasha Bank
İşiniz nədən ibarətdir?
Müxtəlif risk metriklərindən istifadə edərək bazar risklərinin təhlilinə dəstək olmaq;
Python istifadə etməklə gündəlik işləri avtomatlaşdırmaq;
Maliyyə bazarlarını monitorinq etmək və şirkətin riskə məruz qalmasına təsir edə biləcək amilləri müəyyənləşdirmək;
Pul bazarı, istiqrazlar, kapital və törəmə alətlərinin ticarəti üçün limitləri müəyyən etmək;
Daxili siyasətlərə və xarici requlyativ tələblərə uyğun olan gündəlik risk hesabatlarının hazırlanması və nəticələri Şöbə Rəhbəri ilə paylaşmaq;
Gündəlik olaraq risklərin qiymətləndirilməsi və hesabatların hazırlanmasında komandaya dəstək olmaq;
Bankın daxili bazar riski modellərinin nəticələrinə əsaslanaraq daxili hesabatları aparmaq (o cümlədən bazar riskinə məruz qalma ölçüləri, məsələn, risk altında olan dəyər, stress testləri və ticarət limitləri arasında əlaqənin qiymətləndirilməsi);
Bazar və likvidlik riskinin azaldılması prosedurlarının koordinasiyasına köməklik etmək, onların icrasına nəzarət etmək;
Hazırlanmış modellər üzrə backtesting aparılması və mövcud backtesting metodologiyası əsasında nəticələri hesablamaq;
Risk təhlili üçün bazar məlumatlarının toplanması və işlənməsinə kömək etmək;
Bazar riski fəaliyyətləri ilə bağlı məlumat bazalarını və qeydləri saxlamaq;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələrdə ali təhsil dərəcəsi;
Xarici dillər: İngilis (səlis), Rus dili (arzuolunandır);
Kompüter bilikləri: Python, SQL, Microsoft Office, Power BI /Tableau;
Məhsul üzrə biliklər: Maliyyə məhsulları və maliyyə bazarları haqqında bilik;
Bazar üzrə biliklər: Tələb olunur;
İş təcrübəsi: Risklərin idarə edilməsi və ya əlaqəli sahədə 1 il maliyyə xidmətlərinin olması üstünlükdür;
Mükəmməl kommunikasiya və insanlarla münasibət qurma bacarıqları;
Komanda mühitində effektiv işləmək bacarığı;
CFA / FRM level1 sertifikatları əlavə üstünlükdür.