Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis (rus dili)

Müraciət sonu: İyul 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Liv Bona Dea Hospital

Vəzifə və öhdəliklər:

Beynəlxalq xəstə axınının təmin olunmasına dəstək göstərilməsi.
Müraciət edən xəstələrlə əlaqə saxlayaraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırmanın təmin olunması.
Əməliyyat zamanı və əməliyyatdan sonra xəstələrlə maraqlanıb onların təqib olunması. Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə aid maliyyə proseslərinin təqib olunması.
Cavabdeh olduğu xəstələrin xəstəxana və oteldə yerləşdirilməsi zamanı onlarla maraqlanması və ya şifahi tərcümə ilə bağlı dəstək göstərilməsi.
Lazımi hallarda müəssisə daxilində tərcümə işləri ilə məşğul olacaq.
Sosial media, whatsapp, telefon və e-poçt mühitində iş tərəfdaşları, xəstələrlə ünsiyyətdə olacaq.
Tələblər:

Ali təhsilli, rus dilini səlis bilən, tibb sahəsindətəcrübəsi olan və ya bu sahədə təhsil almış. Dil bacarıqlarından səlis istifadə etmək və əlavə dil biliklərinə malik olmaq üstünlükdür.
Təqdimat, təmsil etmə və inandırma bacarıqları inkişaf etmiş, sürətli və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarını bilən.
Uzunmüddətli əməkdaşlıq düşünən namizədlər
Öyrənməyə və inkişaf etməyə həvəsli
Xarici pasiyentlərlə işləməyə maraqlı
Şəxsi keyfiyyətlər:

Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
Komandada işləməyi bacarmalı;
Analitik düşüncə qabiliyyəti;
Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
Stresə davamlı.
Əmək haqqı təcrübəyə, bilik və bacarlqlara əsasən təyin ediləcək
Əmək haqqı:

Müsahibə əsasında namizədin bilik və bacarıqlarına, təcrübəsinə əsasən təyin olunacaq.
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.