Biznes Analitik

Müraciət sonu: Avqust 6, 2025
İndi Müraciət Et

İş Təsviri

AzəriMed QSC

Vəzifə haqqında:

Yeni layihələrin planlaşdırılmasında iştirak etmək;
Yeni və mövcud layihələrdə sifarişçi və məhsul sahibindən tələblərin alınması və yazılı şəkildə tərtib olunması;
Developerlərlə sıx əlaqədə olmaq, işlərin tələblərə uyğun aparılmasına nəzarət etmək;
Mövcud layihələrin analizi, nöqsanlar və boşluqların tapılması, təhlili və düzəliş edilməsi. Təkliflərin verilməsi;
Şirkətin digər struktur əməkdaşları ilə sıx işləmək və dəstək göstərmək;
Texniki tapşırıqları hazırlamaq və proseslərin sxemini yaratmaq;
Test planların hazırlanması və müəyyən hallarda End-to-End testlərin həyata keçirilməsi.
Tələblər:

İT sahəsində layihələrin aparılmasında iş təcrübəsi;
Ali təhsil (İqtisadiyyat, riyaziyyat, maliyyə, proqramlaşdırma sahəsində arzuolunandır);
REST APİ, JSON anlayışı, SQL biliyi və verilənlər bazaları ilə işləmə təcrübəsinin olması arzuolunandır;
Kompüter biliyi: MS Office;
Layihələrin idarə olunması proqramları ilə iş təcrübəsi arzuolunandır;
Güclü analitik və problem həll etmə qabiliyyəti.
CV-lərinizi mövzu hissəsində “Biznes Analitik” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.