İş Təsviri
Baku Electronics
“Baku Electronics” Marketinq komandasına hal-hazırda “Brend Menecer” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Xüsusi tələblər:
Marketinq, Biznesin İdarəedilməsi və ya əlaqədar sahə üzrə ali təhsil;
Brend və ya məhsul marketinqi sahəsində minimum 2 il iş təcrübəsi;
Maraqlı və təsirli brend hekayələri və kampaniyaları yaratmaq bacarığı;
Güclü koordinasiya, planlaşdırma və layihə idarəetmə bacarığı;
İstehlakçı trendləri və pərakəndə satış dinamikalarına dair məlumatlılıq;
Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq;
Azərbaycan dili üzrə sərbəst bilik; rus və ingilis dillərini bilmək üstünlükdür;
Özəl markalar və ya yerli brendlərlə işləmə təcrübəsi üstünlük hesab olunur;
Kampaniya büdcələşdirilməsi və kreativ brif hazırlamaq sahəsində təcrübə arzuolunandır.
Vəzifə öhdəlikləri:
Kreativ komandalarla sıx əməkdaşlıq edərək brend mövqeləndirməsini və vizual identikliyi inkişaf etdirmək;
Rəqəmsal, POS və influencer kanalları daxil olmaqla 360° kommunikasiyaları əhatə edən kampaniyaların planlaşdırılması və icrasını təmin etmək;
Bazar trendləri və müştəri davranışlarını təhlil edərək brend fəaliyyətlərini təkmilləşdirmək və yeni təşəbbüslər irəli sürmək;
Məhsul, satış və e-ticarət komandaları ilə əməkdaşlıq edərək brend strategiyalarının şirkətin ümumi məqsədləri ilə uyğunluğunu təmin etmək;
Brend təqvimi və əsas mövsümi aktivlikləri planlaşdırmaq, həyata keçirmək və effektivliyini ölçmək.
Müraciət et düyməsində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.