Briqadir (mexanik)

İyun 12, 2025
Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

Azertexnolayn

İş şəraiti:

İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 3 növbə
Namizədə tələblər:

Təhsili: Mexanik ixtisasını bitirən həm peşə məktəbi həm ali təhsil
İş təcrübəsi: 1 il
Xarici dil: Tələb olunmur
Kompüter biliyi: Tələb olunmur
Əmək funksiyası:

Təmir olunacaq mürəkkəb quruluşlu dəzgahlarda sökmə və yığma işlərinə nəzarət edir, istiqamət verir
Nasaz dəzgahlarda problemi aşkar edir, analiz edərək aradan qaldırılması üçün tədbirlər həyata keçirir, təmirdən sonra yoxlayaraq dəzgahı istifadəyə verir
Yaranmış problemlərin səbəbini aydınlaşdırır və önləyici tədbirlər həyata keçirir
İllik texniki təmir planı üzrə zavod daxilindəki avadanlıq və mexanizmlərin təmir-sazlamasını (sıxma-bərkitmə, yağlama) həyata keçirir
Görülən işlər və istifadə olunan materiallar haqqında rəhbərliyə hesabat verir
Təmir işlərində lazım olan hissələri sifariş verilməsi üçün mütəmadi olaraq rəhbərinə bildirir.
Texniki təmir sahəsi işçilərinin əl alətləri və avadanlıqlardan doğru şəkildə istifadə etmələrinə nəzarət edir
Nasaz mexanizmlərin saz vəziyyətdə olan hissələrindən istifadə edərək digər dəzgahları təmir edir, işlək vəziyyətə gətirir
İşçiləri iş öncəsi təlimatlandırır və iş yerində təhlükəsiz iş mühitinin yaradılmasını təmin edir
Baş vermiş mexaniki qəzaların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər həyata keçirir, təmirdə iştirak edəcək işçiləri təyin edir
Zavod daxilindəki bütün işlək mexanizm, dəzgah və avadanlıqların saz vəziyyətdə saxlanmasına nəzarət edir
Dəzgah və avadanlıqlardan düzgün istifadə edilməsi üçün operatorlara maarifləndirici məlumatlar verir
5 tonluq kran vasitəsi ilə detalların daşınmasını həyata keçirir (sertifikatı olan)
Proqram təminatı üzərindən açılmış qəzaları qəbul edir, görülən işləri və varsa istifadə olunmuş materiallar haqqında məlumat daxil edərək qəzanı bağlayır.
Gecə növbəsi üçün aralıq anbarından materialların giriş və çıxışını qeyd edir.