Büdcə şöbəsinin aparıcı/baş mütəxəssisi

İyun 23, 2025
Müraciət sonu: İyul 22, 2025
İndi Müraciət Et

İş Təsviri

ABB ASC

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
peşəkar kollektivdə çalışmağın üstünlüyü;
yüksək komanda ruhunda əməkdaşlıq;
karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:

Bankda maliyyə planlaşdırılmasını və maliyyə təhlilini həyata keçirmək;
Bankda təsdiq edilmiş büdcə üzrə maliyyə nəzarətinin təşkilini və icrasını həyata keçirmək;
Büdcənin icrası və Biznes istiqamətlərinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə rəhbərlik və digər strukturlara idarəetmə ilə bağlı hesabatlar təqdim etmək;
Bankın təsdiq olunmuş büdcəsinin icrasına nəzarət etmək;
Büdcənin gəlir və xərc maddələrini təhlil etmək və onların optimallaşdırılması üzrə təkliflər vermək;
Büdcənin xərc maddələrini təhlil etmək və onların bizneslər üzrə bölünməsi ilə bağlı təkliflər verməkdir.
Bizim üçün uyğun namizəd:

Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə);
Sahə üzrə minimum 3 il iş təcrübəsinə;
Analitik təhlil bacarığına;
Problemləri həll etmə bacarığına;
Üstün səviyyədə Excel və Microsoft Office biliklərinə (SQL bilikləri arzuolunandır);
Beynəlxalq sertifikatlara (CFA, CPA, CIMA);
Xarici dil biliyi üzrə sertifikatlara (IELTS, TOEFL, Duolingo) üstünlükdür;
Komandada iş bacarıqlarına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.