İş Təsviri
PASHA Technology
Əsas öhdəliklər:
Şirkətin strategiyasına uyğun olaraq Bulud Xidmətləri üzrə təkliflər (IaaS, SaaS, PaaS) həyata keçirmək, mövcud təkliflərlə bağlı davamlı yardımın göstərilməsi;
Hibrid bulud mühitlərinin dəstəklənməsi və idarə olunması;
Gündəlik tapşırıqlarda “agile” iş üsulunu dəstəklənməsi;
Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün DevOps prinsiplərindən fəal istifadə edilməsi;
Adi Rejim (BaU) əməliyyatlarında həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi;
Nasazlıqların qabaqcadan proqnozlaşdırılması və aradan qaldırılması;
Xidmət səviyyəsi haqqında müqavilələrə və müştərilərin gözləntilərinə uyğun olaraq kritik əhəmiyyətli mühitlərdə yüksək keyfiyyətlə həyata keçirilən idarə olunan dəstək xidmətlərinin idarə olunmasına görə məsuliyyətin daşınması;
Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
İT prosesləri və davamlı inkişaf tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsinə görə məsuliyyətin daşınması;
Standart Əməliyyat Prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər/müqavilələr/onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması;
Müştərilərin idarə olunması/hesabatlılıq prosesindən istifadə edilməsi;
Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün İT İnfrastrukturu Bölməsinin rəhbəri ilə müntəzəm rəsmi görüşlərdə iştirak etməsi.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
Texniki sahədə Ali təhsil.
Mühəndislik və ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.
Təcrübə və bacarıqlar:
Saxlama ərazisi şəbəkələri və protokolları (FCP, FCİP, FCoE), çox traektoriyalı texnologiyalar (MPİO), disklər, həcmlər, montaj nöqtələri, LUN maskalanma və VSAN-lərin aydın şəkildə başa düşülməsi;
PaloAlto, Huawei, Microsoft, RedHat üzrə əlavə sertifikatlar üstünlükdür;
İT İnfrastrukturun idarə olunması üzrə ən azı 5 il təcrübə;
Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə;
Xüsusilə Bulud Xidmətlərinin çatdırılmasında mövcud olan və yeni yaranan İT texnologiyaları üzrə dərin bilik;
Məlumat Mərkəzi texnologiyalarının arxitekturası üzrə praktiki bilik;
“TCP/İP”, “OSPF”, “BGP”, “Multicast” və “Anycast” üzrə dərin biliklər;
F5 BigIP yük balanslaşdırıcıları, Cisco marşrutlaşdırıcıları və Elektrik açarları, PaloAlto təhlükəsizlik şlüzləri ilə təcrübə;
DCİ texnologiyasının icrası üzrə təcrübə;
“Overlay Transport Virtualization”, “Fabric Path”, “vPC” ( virtual portkanalları), VXLAN üzrə iş təcrübəsi;
Telekommunikasiya, xarici şəbəkə və VPN arxitekturası;
Məlumat Mərkəzinin server məkanının dizaynı, o cümlədən giriş səviyyəsi, ümumiləşdirmə səviyyəsi və əsas səviyyə üzrə iş təcrübəsi;
“İPv4” və “İPv6” üzrə biliklər.
IT üzrə sertifikat və dərin peşə bilikləri:
VMware (VCP, VCDX);
Microsoft (MCSA, MCP, Azure Certified);
RedHat (RHCA, RHCE);
Cisco (CCNA, CCNP, CCIE);
İT Xidmət İdarəetməsi (İTİL).
Kompüter Bilikləri:
“Visio”/”AutoCAD” proqram təminatları;
“Microsoft Office” proqramları və alətləri üzrə biliklər;
Proqramlaşdırma dilləri (“Python” və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür;
Məlumat Mərkəzləri mühiti və “Tier” standartları üzrə biliklər.
Dil bilikləri:
Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.
Digər bacarıqlar:
Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq;
Əməliyyat keyfiyyətini dəstəkləmək;
Təşkilat daxilində həmkarlar və təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini dəstəkləmək.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.