Çağırışla işləyən sayım üzrə mütəxəssis

Müraciət sonu: İyul 24, 2025
İndi Müraciət Et

İş Təsviri

Count and İT service

Vəzifə Təlimatları:

Çağırış əsasında (günlük) anbar və mağazalarda sayım proseslərində iştirak;
Mağazalarda malların barkodlanması və qiymətləndirilməsi xidməti;
Sayım nəticələrinin dəqiq sayda 1C 8.3 proqramına daxil edilməsi;
Uyğunsuz kimi aşkarlanmış malın hərəkətini 1C proqramında analiz etmək;
Anbar sənədlərinin yoxlanışı, üzləşmə, anbar qalıqlarına nəzarət edilməsi;
Proqramda yeni məhsul açılması;
Malların barkodlanması və alış/satış qiymətlərinin daxil edilməsi ;
Müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;
Namizədə Tələblər:

Ali və ya orta təhsil;
1C 8.3 proqramı üzrə mükəmməl biliklər;
MS Office proqramlarını yaxşı bilməli (xüsusilə excel);
Müxtəlif sahələr üzrə (market , geyim , elektronika , maşın ehtiyat hissələri və s.) sayım proseslərində iştirak etmiş;
Problemləri həll etmə bacarığı və dəqiqlik;
Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı;
Gec saatlaradək prosesdə iştirak edə bilən;
Dəqiq , çevik və diqqətli olmalı;
Əl terminalları ilə işləmə bacarığı arzuolunandır;
Müvafiq sahə üzrə 1 illik təcrübə;
Kişi namizədlərə üstünlük veriləcəkdir;
İş Şərtlərimiz:

Əmək haqqı razılaşma yolu ilə təyin olunur.
İş rejimi – müxtəlif saatlarda
Ünvan: Bakı və bölgələr
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Çağırışla işləyən sayım üzrə mütəxəssis” sözlərini qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.