Müraciət sonu: İyul 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Media Sharaf

Sharaf Media yaradıcı kopirayteri axtarır!

Əgər sənin Reels və post ideyaların brendə ilk scroll-dan aşiq edirsə, deməli bu vakansiya sənin üçündür.

Biz kimik:

Azərbaycanın aparıcı kreativ marketinq agentliklərindən biri, 12 illik təcrübəyə sahibik və Google-un rəsmi partnyoruyuq. Güclü brendlər, effektli strategiyalar və viral kontent yaradırıq.
Axtardığımız şəxs:

Fikirləri axın kimi gələn, Reels və qısa video formatlarında özünü ifadə etməyi bacaran kreativ kopirayter.
Sənin əsas vəzifələrin:

Diqqət çəkən Reels videoları üçün ssenarilər yazmaq
Brendlər üçün sosial media kontent planları hazırlamaq
Müxtəlif sahələrdən olan markalarla işləmək və onların dilini auditoriyaya sevdirmək
İdeyaların boğulmadığı, əksinə təşviq olunduğu bir komandada çalışmaq
Namizəddə hansı keyfiyyətlər olmalıdır?

Kreativ təfəkkür və axıcı yazı qabiliyyəti
Ssenari və ya sosial media kontenti yazmaq təcrübəsi (olmasa da, istedadını sübut et!)
Trendləri, virallığı və alqoritmləri anlama bacarığı
Komanda ilə işləmək və deadline-lara əməl etmək vərdişi
Biz nə təklif edirik:

Yaradıcı azadlıq və hər zaman dəstək
Portfolionu möhtəşəm işlərlə doldurmaq fürsəti
Gənc, enerjili və isti komanda
Peşəkar inkişaf və karyera artımı