Database administrator

Müraciət sonu: İyun 22, 2025
İndi Müraciət Et

İş Təsviri

Bank of Baku

Vəzifə öhdəlikləri:

Verilənlər bazalarına aid olan bütün problem və nasazlıqların aradan qaldırılması;
Məlumat bazalarının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edilməsi;
Verilənlər bazaları üzrə günlük və həftəlik ehtiyat nüsxələrin alınmasına nəzarət edilməsi və yaranan problemlərin aradan qaldırılması;
Yedək bazaların sinxron qalmasına nəzarət edilməsi və yaranan problemlərin aradan qaldırılması;
Yeni verilənlər bazalarının tələbə uyğun formada qurulması;
Verilənlər bazaları üzrə istifadəçilərin idarə olunması səlahiyyətlərin və istifadəçi profillərinin tənzimlənəsi;
Verilənlər bazalarının audit olunmasını təmin etmək;
Verilənlər bazaları üzrə performansın idarə edilməsi və daim optimizasiya işlərinin görülməsi;
Yeni qurulmuş bazalar üzrə ehtiyat nüsxələmə strategiyasının hazırlanması;
Tələbə uyğun olaraq yeni yedək bazaların qurulması;
Verilənlər bazaları üzrə miqrasiya proseslərinin icra edilməsi;
Tələbə uyğun olaraq digər verilənlər bazalarının idarəolunmasına xidmət edən sistemlərin qurulması və nəzarət edilməsi;
İnformasiya texnologiyaları ilə əlaqədar bankdaxili qaydalara uyğun olaraq, digər struktur, filial və müştərilərdən məlumatlar almaq.
Tələblər:

Müvafiq sahə üzrə ali təhsil;
Oracle, MS SQL, PostgeSQL verilənlər bazalarının idarə olunması üzrə minimum 2 illik iş təcrübəsi;
Monitorinq sistemləri ilə işləmə bacarığı;
Oracle verilənlər bazasının arxitekturası üzrə yüksək biliklər;
Oracle məhsul və texnologiyaları üzrə bilik və iş təcrübəsi (RMAN, ASM, Data Guard, Golden Gate);
Oracle (High Availability) həlləri üzrə biliklər;
Oracle (Disaster Recovery) nasazlıqların bərpa həlləri üzrə biliklər;
UNİX/ Linux əməliyyat sistemləri üzrə minimal biliklər;
SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
Problem həll etmə və analiz bacarıqları;
OCA, OCP sertifikatları arzuolunandır;
İnformasiya təhlükəsizliyinin əsasları barədə müvafiq anlayış;
Məsuliyətlilik, diqqətlilik.