Digital Marketinq mütəxəssisi

Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Arash Company

MÜTLƏQ ŞƏRTLƏR İLƏ TANIŞ OLMAĞINIZ XAHİŞ OLUNUR!

Vəzifə öhdəlikləri:

Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
Google Search, Google Display, Google Analytics, Facebook Ads Manager, YouTube video reklamları, e-poçt və SMS marketinqi ilə əlaqəli bütün rəqəmsal marketinq fəaliyyətlərinin icra edilməsi;
Məhsullar və kampaniyalar üzrə hədəf auditoriyasının müəyyən edilməsi (Düzgün Targetinqin qurulması və reklamın aktiv saatlarının müəyyən edilməsi), kampaniyaların yerləşdirilməsi və nəticələrin analiz edilməsi ;
ROI-nin (Return on İnvestment) artırılması üzrə reklam büdcələrinin optimizasiyası ;
Digital kanallar üzrə gələn trafiklərin ölçülməsi
Google va Meta üzrə aylıq hesabatların verilməsi ;
Vebsaytın SEO-ya optimizasiyası ;
Vebsayt üzərində olan problemləri təyin edib aradan qaldırılması üçün təkliflər etmək ;
Şirkətin brend və məhsul tanıtımında rəqəmsal trendlərin təqibi və tətbiqi ;
Tələblər:

Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi ;
Səlis Azərbaycan və ingilis dili biliyi (rus dili arzuolunandır);
Google Ads, Facebook Ads, SEO və analitik alətlər üzrə biliklər və təcrübə;
Tapşırıqları düzgün planlaşdırmaq və vaxtında icra etmək bacarığı.
Komanda ilə işləmə bacarığı və layihə idarə etmə təcrübəsi;
Analitik düşüncə və problem həll etmə bacarıqlarına malik olmaq;
Bütün maraqlanan namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsində “Digital Marketing mütəxəssis” vəzifəsinin adını qeyd etməklə göndərmələri xahiş olunur.