İş Təsviri
Summer Schools Azerbaijan
İŞ QISAMÜDDƏTLİDİR (İYUN-AVQUST)! YÜKSƏK RUS DİLİ BİLİYİ TƏLƏB OLUNUR! TƏHSİL SAHƏSİNDƏ TƏCRÜBƏ VACİBDİR!
“Summer Schools Azerbaijan” proqramı 10 ildir ki, ölkənin nüfuzlu özəl təhsil müəssisələri və istirahət mərkəzləri ilə əməkdaşlıq edərək 4-16 yaşlı uşaqlar üçün yüksək keyfiyyətli düşərgələr təşkil edir. Bu düşərgələrin təşkili üçün düşərgə meneceri axtarırırıq.
Məsuliyyətlər:
Düşərgənin gedişatına nəzarət və çıxan məsələlərin operativ həll edilməsi;
Komandanın idarəolunması;
Valideyn sorğularının idarəolunması;
Düşərgə cədvəllərin idarəolunması.
Tələblər:
Rus dilini mükəmməl bilmək vacibdir;
Tədbirlərin idarəolunması üzrə təcrübə;
Yüksək təşkilatçılıq və ünsiyyət bacarığı;
Özəl məktəbdə iş təcrübəsi (müəllim, koordinator və s.).
İş haqqında:
Qidalanma və nəqliyyat qarşılanır (gediş 8:00, qayıdış 18:00);
Sertifikat və referans məktubu verilir;
İş müvəqqətidir və avqustun sonuna qədər davam edəcək;
İşin başlama tarixi 16 iyundur, o vaxta qədər intensiv təlimlərdə iştirak vacibdir (həftəsonu);
Əmək haqqı 800-900 AZN (net).