Əczaçı

İyun 11, 2025
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

MediClub

Əmək funksiyası:

Müştərinin sifarişinin vaxtında və dəqiq yerinə yetirilməsi
Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi və s.
Bilməlidir:

Əczaçılıq işinin əsaslarını;
Əczaçılıq üzrə normativ sənədləri;
Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını;
Dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri və s.
Vəzifəyə qoyulan tələblər:

Əczaçılıq üzrə ali və ya orta ixtisas təhsili;
Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
Dil bilikləri : Azərbaycan dili, Rus dili;
İxtisas üzrə azı 3 il iş təcrübəsi.
İş şəraiti:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
Növbəli iş rejimi ;
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 500-700 Azn arası təyin edilir.
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.