İş Təsviri
Amper Energy
Axtardığımız Namizəd:
Elektrik panolarının içində elektrik avadanlıqlarını (avtomat açarlar, qoruyucu qurğular və s.) düzgün şəkildə yığmağı və montaj etməyi bacaran peşəkar usta axtarırıq.
Namizədə Tələblər:
Elektrik panolarının yığılması üzrə praktiki təcrübə (minimum 1 il və ya sahədə yüksək bacarıq)
Elektrik sxemlərini oxuma və ona uyğun montaj etmə bacarığı
Avtomat karobkalarının və digər elektrik avadanlıqlarının quraşdırılması üzrə bilik və bacarıq
Texniki peşə təhsili (elektrik üzrə texnikum və ya peşə məktəbi)
Məsuliyyətli, diqqətli və təhlükəsizlik qaydalarına əməl edən
Komandada işləmə və müstəqil işləmə qabiliyyəti
Vəzifə Öhdəlikləri:
Layihə sənədlərinə uyğun elektrik panolarının yığılması və montajı
Avtomat karobkalarının, qoruyucu qurğuların və digər avadanlıqların quraşdırılması
Sınaq və ilkin yoxlama işlərinin aparılması
Texniki standart və təhlükəsizlik qaydalarına riayət edilməsi
Biz Təklif Edirik:
Rəqabətə davamlı əmək haqqı (namizədin bilik və bacarığına uyğun)
Təhlükəsizlik və texniki biliklərin artırılması üçün daxili təlimlər
Rəsmi əmək müqaviləsi və sosial təminatlar
Müraciət üçün:
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
Əlavə məlumat üçün +994503067100 ilə əlaqə saxlayın
İş yeri: Quba rayonu Vəl-Vələ