İş Təsviri
İcbari Sığorta Bürosu
İş yeri: Bakı
Əsas vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi üzrə mühəndis Büronun inzibati iş sahəsində texniki qəza və bu sahə üçün təhlükə törədə biləcək digər hallara qarşı profilaktik mübarizə tədbirlərinin həyata keçirilməsini, inzibati sahənin mühafizəsini etibarlı və təhlükəsiz şəkildə təminini, bu sahənin sanitar-gigiyena qaydalarına uyğun saxlanması, istismarı, gigiyenik normalara riayət olunmasının təşkilini və onlara nəzarəti həyata keçirir;
İş yerində Büronun işçiləri tərəfindən əməyin mühafizəsi üzrə vəzifələrinin icrasına nəzarət edir;
Avadanlıqların və iş sahəsinin yerləşdiyi binanın aidiyyatı sahəsinin təhlükəsiz qayda, norma və standartların tələblərinə uyğun olmasına nəzarət edir;
Genişləndirilməkdə, yenidən qurulmaqda olan sahələrdə onların istismara buraxılması üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair tədbirlərin daxil edilməsinə nəzarət edir;
Büroda baş verən bədbəxt hadisələrin səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlayır və onların həyata keçirilməsini təşkil edir;
İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edir;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil edir, Büronun sənədlərinin əməyin mühafizəsi və təhlükəsizlik norma və qaydalarına uyğun tərtib edilməsində iştirak edir;
Binanın və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak edir;
Büronun şöbələrində, digər struktur bölmələrində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsində iştirak edir;
İşə götürülənlərlə giriş təlimatı aparır, işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin, təkrar və növbəti təlimatlandırır, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə köməklik edir;
İnzibati sahədə avadanlıq və s. cihazlarda işçilərin həyatına və səhhətinə təhlükə yaradan hallar aşkar olunduqda, işin davam etdirilməsini dərhal dayandırır, təhlükəsiz qayda və normaların pozulmasına yol vermiş işçilər barədə tədbir görülməsi üçün rəhbərliyə yazılı təqdimat verir;
İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasında və iş yerlərinin attestasiya komissiyasının işində iştirak edir;
Müvafiq təlimatların işlənib hazırlanmasında, bədbəxt hadisələrin araşdırılmasında iştirak edir;
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxır və lazımi tədbirlər görür;
Əməyin mühafizəsi üzrə mühəndis mövcud forma və qaydalara uyğun olaraq hesabat aparır;
Əməyin mühafizəsi üzrə mühəndis aşağıdakılara nəzarət etməlidir:
sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa faktorların ölçülməsinin qrafik üzrə aparılmasına;
havalandırma və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
iş yerində təlimatların tələblərinin vaxtında və keyfiyyətli aparılmasına;
işçilərin əməyin mühafizəsi üzrə təlimlərin təşkilinə, biliklərinin yoxlanılmasına və iş yerlərinin attestasiyadan keçirilməsinə;
istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
Zəruri olduğu hallarda işçilərə xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin verilməsinə, həmin vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, və işçilər tərəfindən iş zamanı xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin istifadə olunmasının təmin edilməsinə;
əməyin mühafizəsi, texniki təhlükəsizlik məsələlərindən irəli gələn digər hallara.
Namizədə tələblər:
Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili (səlis)
Kompüter bilikləri: MS Excel , MS Word (əla);
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.