Əmək haqqı üzrə mühasib

İyun 5, 2025
Müraciət sonu: İyul 4, 2025
İndi Müraciət Et

İş Təsviri

Sinteks Group of Companies

Sinteks Şirkətlər qrupuna hazırda “Əmək haqqı üzrə mühasib” tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu müəssisənin əmək müqaviləsi ilə müəyyən edilmiş işçilərin gördüyü işə görə işəgötürən tərəfindən aylıq ödənişlərin, habelə işçilərə əlavələrin, mükafat və bonusların hesablanmasını və ödənişini təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

İşçilərin aylıq əmək haqlarının hesablanması və ödənilməsi
İşçilərin gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi
Məzuniyyət haqqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, ezamiyyə və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi
İşçilərdən məhkəmə, icra sənədi əsasında tutulma edilməsi və aidiyyatı üzrə ödənilməsi
İşçilərin satış bonuslarının və mükafatların hesablanması və ödənilməsi
İşçilər tərəfindən müraciətlər əsasında avans ödənişlərin təşkil edilməsi
Əmək haqqı ilə bağlı əməliyyatlarının uçotda (ERP sistemi) əks etdirilməsi
Əmək haqqı üzrə işçilər tərəfindən müraciətlərin araşdırılıb cavablandırılması
Məsuliyyət sahəsi:

Əmək haqqı və mükafatların hesablanması
Təcrübə:

Əmək haqqı və mükafatların hesablanması üzrə ən azı 2 il təcrübə
Təhsil:

Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi sahəsi üzrə Ali təhsil
Professional biliklər:

Mühasibat uçotu
Vergi Məcəlləsi və Əmək Məcəlləsi (Əmək haqqı ilə əlaqəli)
1C programı
MS Office (Excel)
Professional Bacarıq və Kompetensiyalar:

Zamanın idarəolunması
Detallara diqqət
Analitik düşüncə
Ünsiyyət bacarıqları