İş Təsviri
AzStudy
İş şəraiti:
İş rejimi: Ofisdən və ya Freelance
Sahə: Tərcümə, Dil xidmətləri, Məqalə redaktəsi
Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
Ərəb və fars dillərindən Azərbaycan dilinə məqalələrin tərcüməsi
Elmi, ictimai-siyasi, ədəbi və ya spesifik sahələrə dair mətnlərin orijinal mənasını qorumaqla tərcümə olunması
Redaktə və korrektə işlərinin aparılması (lazım olduqda)
Terminologiyaya diqqətlə yanaşmaq və dəqiq dil istifadəsi təmin etmək
Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək
Namizədə tələblər:
Ərəb və fars dillərini mükəmməl səviyyədə bilmək (ən azı B2)
Azərbaycan dilində qrammatik və üslubi cəhətdən düzgün yazmaq bacarığı
Tərcümə sahəsində minimum 1 il iş təcrübəsi (nümunələrin təqdim olunması arzuolunandır)
Ali təhsil – dil, filologiya, jurnalistika və ya uyğun ixtisas üzrə
Microsoft office proqramlarında sərbəst işləmə bacarığı
Məsuliyyətli, diqqətli və detalara önəm verən yanaşma