İş Təsviri
BMS Green Garden MMC
İş barədə məlumat
– İş Bakının müxtəlif park və yaşıl ərazilərində əkilmiş sahələrin estetik baxımdan daha da gözəlləşdirilməsindən ibarətdir.
– Əsas vəzifə — ərazilərə uyğun gül və bitki seçimi təklif etmək, dizayn ideyaları vermək və onların tətbiqinə nəzarət etməkdir.
– İş sahələri daim yüksək nəzarət altındadır, ona görə də detallara diqqət və zövqlü yanaşma əsas şərtdir.
– Lazım olan bütün resurslar təmin olunur: istənilən gül, bitki, işçi qüvvəsi və digər dəstək.
– İş dinamikdir — sahələrə yerində baxış və təklif hazırlamaq əsas fəaliyyətlərdəndir.
– İş qrafiki tamdır, ancaq daha çox nəticəyönümlü işləmə əsas götürülür.
– Maaş 1000–1500 AZN aralığındadır. Yaxşı nəticə göstərən əməkdaşlar əlavə olaraq yüksək qiymətləndirilir.
– Şirkət nəticəyə böyük önəm verir və işi uğurla icra edən əməkdaşları xüsusi olaraq dəyərləndirir.
Namizədə tələblər
– Xanım namizədlərə (lakin bəy namizədlər də müraciət edə bilər)
– Floristika, landşaft dizaynı və ya bu sahəyə yaxın sahələrdə təcrübəsi olanlara
– Güclü estetik zövqə sahib olmaq
– Bitkilərlə, xüsusilə güllərlə işləməyi sevmək
– Əkilmiş sahələri gözəlləşdirmək üçün yaradıcı ideyalar verə bilmək.
– Detallara diqqətli olmaq
– Çevik düşünə bilmək və sahəyə uyğun sürətli qərarlar verə bilmək.
– Lazım gəldikdə hansı güllərin, bitkilərin seçiləcəyi barədə düzgün təkliflər vermək.
– Komanda ilə işləyə bilmək (çünki istənilən qədər işçi dəstəyi olacaq)
– İşə məsuliyyətli və peşəkar yanaşmaq
– Ərazilərin daim yüksək nəzarət altında olduğunu nəzərə alaraq işini həssaslıqla yerinə yetirmək
– Tələblərə uyğunluq və zövqlü təqdimatlar etmək
– Yaradıcı yanaşmanı işə yansıtmaq və dəyişikliklərə açıq olmaq.