İş Təsviri
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Vakansiyaya aid icra olunacaq əmək funksiyaları:
Yeni proqram təminatının hazırlanması;
Hazır proqramlarda əlavə və dəyişikliklərin icra olunması;
Mövcud kodu nəzərdən keçirmək və onun təkmilləşdirilməsində iştirak etmək
Web saytın inkişaf etdirilməsi.
Vakansiyaya aid xüsusi tələblər:
PHP (PHP Core), (OOP, Laravel) proqramlaşdırma dili üzrə iş təcrübəsi;
MySQL ilə işləmə bacarığı;
REST API ilə iş təcrübəsi;
Git ilə işləmə bacarığı;
HTML5, JavaScript, jQuery, Bootstrap kimi frontend texnologiyaları üzrə biliklər;
Kod analizi və oxunaqlı, səliqəli kod yazma qabiliyyəti;
Analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti;
Genişmiqyaslı infrastruktur tətbiqləri qurma təcrübəsi və ya oxşar təcrübə;
Tətbiqlərə lazım olduqda dəyişiklikləri müəyyən etmək və idarə etmək;
Texniki ingilis dili bilikləri (sahə üzrə oxuyub başa düşmək səviyyəsində);
Əlavə Məlumat:
Komandamızla birgə çalışmaq və yenilikçi texnologiyalarla işləmək imkanı əldə edəcəksiniz.
Sizi həmçinin inkişaf edən mühitdə şəxsi və peşəkar bacarıqlarınızı artırmağa dəvət edirik.
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.
Güclü komanda, maraqlı layihələr və daim öyrənmək fürsəti – bu fürsəti qaçırma!
Müraciət üçün:
Vakansiyaya müraciət etmək üçün məlumatlarınızı (CV) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Müvəffəqiyyətlər arzu edirik!