Geodeziya Mühəndisi

İyul 18, 2025
Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Avro – Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Tələblər:

Təhsil:

Geodeziya, kartoqrafiya, yer quruluşu və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr mütləqdir)
İş təcrübəsi:

Geodeziya sahəsində minimum 3 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi.
İnfrastruktur layihələrində (yol, körpü, bina, su xətləri və s.) geodeziya işləri aparmaq təcrübəsi.
Texniki biliklər:

GPS/GNSS avadanlıqları, total stansiyalar, səviyyə cihazları və digər geodeziya alətləri ilə işləmə bacarığı.
AutoCAD, Civil 3D, Leica Geo Office və digər aidiyyəti proqramlarla işləmək bacarığı.
Koordinat sistemləri (WGS84, UTM və s.) və transformasiya metodları barədə ətraflı məlumat.
Rəhbərlik və idarəetmə bacarıqları:

Komandanı təşkil etmək, tapşırıqları düzgün bölüşdürmək və işin vaxtında icrasını təmin etmək.
Sahə və ofis geodeziya işlərinin təşkili və koordinasiyası.
İşçilərin performansını qiymətləndirmək və təkmilləşməyə dəstək vermək bacarığı.
Əlavə bacarıqlar:

Texniki hesabatların hazırlanması.
Müxtəlif dövlət və özəl layihələrlə iş təcrübəsi.
Təhlükəsizlik və keyfiyyət standartlarına uyğunluq üzrə biliklər.
Vəzifə öhdəlikləri:

Geodeziya qrupunun gündəlik fəaliyyətinə rəhbərlik.
Sahə ölçmələrinin təşkili və nəticələrin analiz edilməsi.
Layihəyə uyğun olaraq geodeziya xidmətlərinin təmin olunması.
Koordinat məlumatlarının düzgünlüyünü təmin etmək.
Iş həcmlərinin mütəmadi olaraq Civil 3d programinin köməyi ilə hesablanması
Ay sonu görülən iş həcmlərinin sifarişçi ilə razılaşdırılması
Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsinə «Geodeziya mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər