Gipskarton Lövhə istehsalı sex rəisi

İyun 11, 2025
AZN1500 - AZN2000
Müraciət sonu: İyul 10, 2025
İndi Müraciət Et

İş Təsviri

Fortis Group

Gipskarton Lövhə istehsalı sex rəisi

Müəssisənin adı: “FORTİS GROUP” MMC
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:

Yaş həddi 25-55;
Texniki sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 3 il);
Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
Diqqətli və məsuliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:

Hazır məhsul istehsalatı sahəsinin fəaliyyətinə rəhbərlik etmək, istehsal sahəsinin vaxtında istismara hazırlanması, xammalın qəbulu, saxlanması, buraxılışı və digər məsələlərlə bağlı işlərin icra olunmasını təmin etmək;
İstehsal olunan məhsulun vaxtında və yüksək keyfiyyətlə qablaşdırılmasına və anbarlara təhvil verilməsinə nəzarət etmək;
Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılmasını, texniki qurğuların və texnoloji avadanlığın texniki cəhətdən düzgün və səmərəli istifadə olunmasını təmin etmək;
Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
Fəhlələrin və operatorların fəaliyyətini əlaqələndirmək, sahənin işçilərinə rəhbərlik etmək;
İstehsalat məhsullarının çeşidlərinin genişləndirilməsi və yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq;
Yeni resepturaların hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək;
İstehsalat və əmək intizamına, daxili iş qaydalarına riayət olunmasına, işçilərin təlimatlandırılmasına və onlara təhlükəsiz iş metodlarının öyrədilməsinə nəzarət etmək;
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Təminatlar:

Əmək haqqı: 1500-2000 AZN (xalis)
Nahar ilə təmin edilir.
Korporativ nömrə ilə təmin edilir.
İş yerinə servislə çatdırılır.