İş Təsviri
AzTelco Group MMC
Ünvan: Bakı, Heydər Əliyev Pros. 152, Çinar Plaza (Ünvan quruma görə dəyişə bilər.)
“AzTelco Group” MMC şirkətinin tabeli qurumlarından biri üçün “Hüquq üzrə Məsləhətçi” axtarışındayıq!
Vəzifə Öhdəlikləri:
Daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək.
Şöbənin fəaliyyəti nəticəsində formalaşan/tərtib edilmiş sənədlərin qeydiyyatının aparılmasını, qruplaşdırılmasını və elektron formatda arxivləşdirilməsini və qorunub saxlanılmasını təmin etmək.
Cəmiyyətin əmr, qərar və sərəncamlarının hüquqi sənədlərinin əslinin və elektron surətlərinin müəyyən olunmuş qaydada arxivləşdirilməsini və qorunub saxlanılmasını təmin etmək.
Şöbə daxilində kargüzarlıq və sənəd dövriyyəsi işini aparmaq, poçt, elektron və digər rabitə vasitələri ilə səlahiyyətləri daxilində məktublar, sənədlər və digər məlumatları qəbul etmək və ya göndərmək.
Fəaliyyətinin nəticələri barədə dövri (aylıq, rüblük, illik) hesabatlar hazırlamaq və vaxtlı-vaxtında rəhbərliyə təqdim etmək.
Struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (arayış, sorğu, akt və s. hüquqi sənədlər) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə, habelə daxili tənzimləyici sənədlərə uyğunluğunu yoxlamaq.
Rəsmi qurumlara (mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, məhkəmələr və digər təşkilatlar), hüquqi və fiziki şəxslərlə yazışma prosesinin hüquq təminatı, sənədləşdirilməsi, qarşılıqlı müraciətlərlə əlaqədar məktub layihələrini hazırlanmasını təmin etmək
Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək
Müvafiq məhkəmə instansiyalarına təqdim olunması üçün iddia ərizələrinin layihəsini hazırlamaq və Cəmiyyəti tərəf kimi iştirak etdiyi müvafiq işlərdə təmsil etmək
Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək
Kommersiya sirrinin, yayılması məhdudlaşdırılmış digər xidməti və konfidensial məlumatların qorunmasını təmin etmək
Şöbənin fəaliyyət istiqamətləri üzrə vəzifə və funksiyalarına uyğun rəhbərlik tərəfindən verilmiş digər tapşırıq və vəzifələri həyata keçirmək
Tələb Olunan Bilik və Bacarıqlar:
Hüquq üzrə ali təhsil;
Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı (Rus dili üstünlükdür).