Hüquqşünas

Müraciət sonu: Avqust 7, 2025
İndi Müraciət Et

İş Təsviri

Enter Engineering PTE. Ltd

Əsas vəzifə öhdəlikləri:

Müqavilə layihələrini hazırlamaq, onların yaxşılaşdırılması üçün təkliflər vermək;
Kontragentlərlə danışıqlar aparmaq və müqavilənin şərtlərini müzakirə etmək, müqavilələrin orijinallarının mübadiləsini həyata keçirmək və onların imzalanmasını təmin etmək;
Filial Rəhbərliyi tərəfindən razılaşdırılması və imzalanması üçün təqdim edilməsi tələb olunan sənədlərin mövcudluğunu və tam olmasını təmin etmək;
Müqavilələrin və müqavilələrə əlavə razılaşmaların layihələrini hazırlamaq;
Bağlanmış müqavilələr üzrə yerinə yetirilmiş işlər/göstərilmiş xidmətlər üzrə kontragentlərlə hesablaşmaların düzgünlüyünə nəzarəti həyata keçirmək;
Kontragentlər Filial tərəfindən bağlanan müqavilələr üzrə müəyyən edilmiş vəzifələri pozduğu halda, penya və cərimələrin tutulması üzrə pretenziya işində iştirak etmək;
Müqavilələr üzrə vəzifələrin icrasının monitorinqini aparmaq;
Bağlanmış müqavilələr üzrə reyestrlərin aparılması.
Tələblər:

Qadın namizəd, 35 yaşadək;
Hüquq üzrə ali təhsil;
Hüquq sahəsində azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili üzrə isə işgüzar səviyyədə ünsiyyət bacarığı;
Müqavilə hüququ sahəsində təcrübə, müqavilələrin hazırlanması və hüquqi analiz bacarığı.
Namizədin işə başlama tarixi: 2025-ci ilin iyul ayının ortaları – avqust ayının əvvəli.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında müəyyən olunacaq.

Uyğun namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.