İş Təsviri
NewCond
İş barəsində məlumat:
Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması, layihələrin AutoCad proqramında hazırlanması
Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması, avadanlıqların seçimi
Vakansiya üzrə uzunmüddətli çalışma şərtilə işçi tələb olunur
Əmək haqqı: 2000-3500 AZN, uğurla və səhvsiz təhvil verilən işlərə görə əlavə bonus hesablanır
Müsahibənin nəticəsinə əsasən namizədin əmək haqqı daha yüksək ola bilər
İş qrafiki: Bazar ertəsi -Cümə , saat 9:00 dan 18:00 -a kimi
Qeyri iş günləri: Bayram və bazar günləri
Namizədə tələblər:
Yaş həddi: 25-45, Cinsi: Kişi
HVAC sistemləri üzrə layihəçi – mühəndis
Qazanxana, Çiller, VRF ( VRV ) və havalandırma sistemləri üzrə biliklərin olması
Müvafiq ixtisas üzrə təhsilin olması
Bu sistemlər üzrə ən azı 3 illik iş təcrübəsinin olması
AutoCAd və Microsoft Office proqramlarında işləməyi bacarmalı
Rus və İngilis dillərində minimum bilikləri olan və terminləri bilən namizədlərə daha çox üstünlük veriləcək
Sürücülük vəsiqəsinin olmasına və avtomobil idarəetmə qabiliyyətinə görə əlavə üstünlük veriləcək
Səliqəli, nizam intizamlı, kollektivlə işləməyi bacaran, tapşırıqları yerinə yetirən, çalışqan, işini sevən olmalı
Şəkilli CV lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvana HVAC layihəçi-mühəndis başlığı ilə göndərməniz xahiş olunur .