İş Təsviri
North West
Vəzifə öhdəlikləri:
Layihə sənədləri əsasında dizaynın və işin faktiki həcminin müəyyən edilməsi
Tender sənədlərini hazırlamaq
Tikintidə marketinq tədqiqatları
Layihə sənədləri əsasında tikinti-quraşdırma işlərinin smeta dəyərini hesablamaq
Materialların sərfiyyatının yoxlanılması
Müəyyən iş növləri üçün smeta sənədlərinin hazırlanması, ekspertizası, təsdiqi
Tikinti maşın və mexanizmlərinin istismarı xərclərini hesablamaq
Layihə tələblərini müzakirə etmək üçün müştəri ilə görüşlərin aparılması
Risklərinin müəyyən edilməsi
Subpodratçılara işlərinin bölgüsü və nəzarəti
Tikinti təşkilatında icra sənədlərinin aparılması qaydası
Müqavilələrin hazırlanması və uçotu
Tikinti-quraşdırma işlərinə qəbul aktlarını tərtib etmək
Tələblər:
Ali təhsil (İnşaat Mühəndisliyi və ya Memarlıq fakültələri üzrə)
Minimum 5 il iş təcrübəsi
İngilis dilini bilənlərə üstünlük verilir
Qanunvericiliyin və normativ hüquqi aktların tələblərini bilmək
Tikinti-quraşdırma işlərinin əsas qrupları və növlərini bilmək
MS Excel, AutoCad proqramlarını yaxşı bilmək və xüsusi proqramlardan istifadə etmək bacarığı
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Həcm üzrə mühəndis (Abşeron r.)” başlığı ilə göndərməklə edə bilərsiniz.