İnformasiya sistemlərinə dəstək üzrə kiçik mütəxəssis

İyun 13, 2025
Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

Pasha Insurance

Vəzifə öhdəlikləri:

İstifadəçilərdən daxil olan zənglərə və yazılı sorğulara operativ cavab vermək
Sorğuların növünü, təcililiyini və əhəmiyyətini müəyyənləşdirərək düzgün istiqamətləndirmək
Kompüter, noutbuk, printer, skaner və digər periferik avadanlıqlarla bağlı texniki problemləri həll etmək
Şəbəkə ilə bağlı problemləri (LAN, Wi-Fi, Ethernet bağlantısı, və s.) diaqnostika və aradan qaldırmaq
Cisco Call Center sistemləri (IP telefonlar, İstifadəçilərin yaradılması və s.) üzrə ilkin texniki dəstək göstərmək
Windows Server sistemləri üzərində istifadəçi hesablarının idarə olunması
İşə qəbul olunan yeni əməkdaşlar üçün kompyuterlərin hazılrlanması
Active Directory üzərində istifadəçi, qrup və kompyuter obyektlərinin idarə olunması
DNS, DHCP və digər əsas şəbəkə xidmətləri ilə bağlı ilkin sazlamaların və problemlərin araşdırılması
Korporativ elektron poçt sistemlərinin (Microsoft Outlook, Exchange və ya digər platformalar) sazlanması və problemlərin aradan qaldırılması
Mobil cihazların (Android/iOS) korporativ e-mail və VPN bağlantılarının qurulması və dəstəklənməsi
Əsas və kənar ofislərə uzaqdan (Remote Desktop və s.) və yerində texniki dəstəyin göstərilməsi
Təhlükəsizlik siyasətinə uyğun olaraq istifadəçi məlumatlarının və sistem konfiqurasiyalarının məxfiliyini qorumaq
Jira Service Desk sistemində sorğuların qeydiyyatı, statusların yenilənməsi və istifadəçi məlumatlarının saxlanılması
Problemlərin həllində gecikmə olduqda və ya kritik hal yarandıqda rəhbərliyi dərhal məlumatlandırmaq
Təhsil və ixtisas:

Informasiya sistemləri, komputer mühəndisliyi və diqər əlaqəli ixtisaslar
Sertifikatlar:

CompTIA A+, CompTIA ITF+ – arzuolunandır
CCNA – arzuolunandır
İTİL4 – arzuolunandır
Bilik və bacarıqlar:

Windows 10 və 11 əməliyyat sistemlərinin idarə olunması və texniki dəstəyi
Microsoft Office proqramları (2013–2021) ilə yüksək səviyyədə işləmək bacarığı
O365 istifadəçi hesabları və elektron poçt qutularının idarə edilməsi
Microsoft Windows Server (2008–2016) sistemlərinin əsas idarəetmə bacarıqları (Domain, Active Directory, DHCP, DNS)
Lokal şəbəkələr (LAN) üzrə əsas biliklər və problemlərin aradan qaldırılması
Kompüterlərin və periferik avadanlıqların (printer, MFP, skaner və s.) texniki dəstəyi və istismarına nəzarət
Dil bilikləri:

Azərbaycan dili – Əla
İngilis dili – Əla
Rus dili – Başlanğıc səviyyə
Diqər bacarıqlar:

Analitik düşünmə və problemi tez müəyyənləşdirib həll etmə bacarığı
Effektiv yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
Stres altında işləmə və təzyiqə davamlılıq
Komanda ilə işləmə və əməkdaşlıq ruhu
Məsuliyyətli və nizam-intizamlı iş prinsipi
Namizədin keçmiş təcrübəsi:

ən azı 1 il iş təcrübəsi