İnformasiya Təhlükəsizliyi üzrə Məhsul Meneceri

Müraciət sonu: Avqust 3, 2025
İndi Müraciət Et

İş Təsviri

AZINTELECOM

Vəzifə öhdəlikləri:

İnformasiya təhlükəsizliyi üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizini həyata keçirmək;
Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər siyahısı formalaşdırmaq;
Biznes prosesləri təhlil etmək;
Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya vermək;
Məhsulun inkişaf yol xəritəsini hazırlamaq;
Məhsul üzrə uzunmüddətli vizyon formalaşdırmaq;
Qiymət strategiyasını müəyyən etmək;
Maraqlı tərəflər və təchizatçılarla əməkdaşlıq etmək.
Tələb olunan biliklər:

Ali təhsil (İnformasiya təhlükəsizliyi, Komputer mühəndisliyi və ya əlaqəli texniki sahələr üzrə);
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
İnformasiya təhlükəsizliyi sahəsi üzrə IAM, EDR/XDR, SOCaaS, GRC, Bulud Təhlükəsizliyi və ya əlaqəli həllərlə işləmək bacarığı;
Kiber-təhlükə, təhlükəsizlik arxitekturaları və tənzimləyici framework-lər haqqında güclü anlayış;
Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
Analitika bacarığı;
Kommunikasiya bacarığı;
Effektiv vaxt idarə etmə bacarığı.
Peşəkar səviyyədə texniki bacarıqlar;
Komputer bilikləri;
Azərbaycan dili – səlis, ingilis – yaxşı; rus dili – orta.
Üstünlük sayılacaq:

İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə tanınan sertifikatlara (məsələn, OSCP, CEH, CISM, CISSP və s.) malik olmaq.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.