İş Təsviri
INNOVARCH
Vəzifə öhdəlikləri
Memarlıq layihələrinin daşıyıcı konstruksiyalarının və statik həllərinin hazırlanması
Torpaq, təməl və dəmir-beton konstruksiyaların layihələndirilməsi və yoxlanılması
Tikinti detallarının yerə uyğunluğunun təmin edilməsi
Təhlükəsizlik qaydalarına və texniki normativlərə nəzarət
Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək
Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
Landşaft layihələrində drenaj, sahə betonu, istinad divarı kimi infrastruktur həllərinin verilməsi
Tikinti yerində işlərin gedişinə nəzarət və texniki yoxlama
Memar və digər mühəndislərlə layihə əsasında əməkdaşlıq
Tələblər:
Təhsil: İnşaat mühəndisliyi üzrə bakalavr dərəcəsi
Təcrübə: Memarlıq və landşaft layihələrində azı 3 il iş təcrübəsi
Proqram bilikləri: AutoCAD, Ecxel (Revit, ArchiCAD, SAP2000 arzuolunandır)
Texniki biliklər: Statik layihə oxuma bacarığı, dəmir-beton sistemlər üzrə bilik
Hesabat bacarığı: Texniki hesabatların, smeta və metrajların hazırlanması
Komanda işi: Komanda ilə işləmək bacarığı, digər sahələrlə koordinasiya qurmaq
Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışmaq
Tikinti sahələrinə – şəhərdaxili və ya regionlara səfər imkanının olması
İş Şəraiti:
İş qrafiki: proyektə görə müqavilə üzrə
Əmək haqqı: Təcrübə və biliklərə əsasən müəyyən ediləcək
İş yeri: Bakı şəhəri.
Üstünlük veriləcək hallar:
Memarlıq komandası ilə iş təcrübəsi olan
Villa, otel və fərdi yaşayış binaları üzrə təcrübəli
Drenaj və sahə infrastrukturu üzrə praktiki biliklərə malik
Landşaft layihələrində texniki dəstək verə bilən